azia.az
azia.az

Bakıda mağaza yandı

11-05-2022, 10:27

Bakıda mağaza yandı
Bakı şəhərinin Xətai rayonunda, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 120 m² olan mağazada elektrik lövhəsi, 10 p.m kabel və 6 m² sahədə rəflər yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib və bitişik təndirxananın alçipandan ibarət arakəsmə divarı dağılıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi