Nərimanov rayonunda mənzildə kondisioner və televizor alışdı, ev yandı
Gecə saatlarında Nərimanov rayonunda bir mənzildə kondisioner və televizorda başlayan yanğın evi bürüyüb. Çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında kondisioner, televizor yanmış və otağın döşəməsi 1 kv.m sahədə qarsalanmışdır.
Hadisə yerinə dərhal FHN qüvvələri cəlb olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.