azia.az
azia.az

Bakı və Neftçalada yanğın hadisələri

8-02-2016, 09:53

 Bakı və Neftçalada yanğın hadisələri Bu gecə ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
Neftçala rayonu, Xəzər kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və ev əşyaları 184 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanmış, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan bərbərxananın yanar konstruksiyaları yanıb. Bərbərxanaya bitişik ikimərtəbəli yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 04:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi