azia.az
azia.az

Şabran və Sumqayıtda yanğın hadisələri

5-02-2016, 09:24

Şabran və Sumqayıtda yanğın hadisələri Fevralın 5-i gecə saatlarında Şabran rayonu və Sumqayıt şəhərində yanğın hadisələri qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Şabran rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqdan ibarət tikilinin 1 otağında ev əşyaları 30 kv.m və digər otağın tavanı 15 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi və 1.6 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan birmərtəbəli 4 otaqlı yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.
Ev yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi