justify]Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
azia.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhərində toy mərasimi zamanı, sərxoş gənclər arasında qeydə alınıb.
Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.[/justify]