azia.az
azia.az

Ağdaşda AĞIR QƏZA: Biri polis olmaqla 3 nəfər öldü -YENİLƏNİB

2-02-2022, 16:35

Ağdaşda AĞIR QƏZA: Biri polis olmaqla 3 nəfər öldü -YENİLƏNİB
Ağdaşda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 1-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Qobustan rayon sakini Gülxas Əmrahov idarə etdiyi "Daewoo" markalı avtomobili qarşıda gedən Ucar rayon sakini N.Allahverdiyevin idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub. Sonradan idarəetməni itirdiyindən avtomobil qarşıdan gələn Şəmkir rayon sakini A.Verdiyevin idarə etdiyi "KamAZ" markalı digər avtomobilə çırpılıb. Nəticədə G.Əmrahov, sərnişinlərindən DİN Baş Mühafizə İdarəsinin Şamaxı Regional Mühafizə şöbəsinin əməkdaşı Pərviz Xudaverdiyev hadisə yerində ölüblər. Xəstəxanaya yerləşdirilən digər sərnişin Şamaxı rayon sakini Şakir Usubov isə orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

09:35

Ağdaşda ölümlə nəticələnən ağır qəza olub.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 1-i axşam saatlarında Bakı-Qazax yolunun Ağdaş rayonundan keçən hissəsində qeydə alınıb. "Daewo" markalı minik avtomobili "KamAZ" markalı qoşqulu yük maşını ilə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ağdaşda AĞIR QƏZA: Biri polis olmaqla 3 nəfər öldü -YENİLƏNİB
Ağdaşda AĞIR QƏZA: Biri polis olmaqla 3 nəfər öldü -YENİLƏNİB


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi