azia.az
azia.az

Şamaxıda AĞIR QƏZA: “KamAZ” “Nissan”la toqquşdu

21-06-2017, 11:13

Şamaxıda AĞIR QƏZA: “KamAZ” “Nissan”la toqquşdu


Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
azia.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. "KamAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn "Nissan” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "Nissan”ın sürücüsü, Bakı sakini 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi