azia.az
azia.az

Polis kapitanı qəza törətdi: ölən var - YENİLƏNİB

10-04-2017, 12:38

Polis kapitanı qəza törətdi: ölən var - YENİLƏNİB

13:00

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

azia.az-ın nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 8-də, saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospektində Neftçala rayon sakini Şirxan Paşayev idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "Zontes" markalı motosikletlə qoşa xəttin üzərinə çıxıb qarşıda gedən Bakı şəhər sakini Aidə Əliyevanın idarə etdiyi "Seat İbiza" markalı avtomobilin güzgüsünə toxunduğundan idarəetməni itirərək əks istiqamətdə hərəkət edən Tuncay Tağıyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə Ş.Paşayev hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Tuncay Tağıyev polis kapitanıdır.

10:31

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

azia.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Tuncay Tağıyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Şirxan Paşayevin idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində Ş.Paşayev ölüb.

Polisdən, həmçinin bildirilib ki, minik avtomobilinin sürücüsü T.Tağıyev Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin təhqiqatçısı, polis kapitanıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi