azia.az
azia.az

Piyadanı öldürüb hadisə yerindən qaçdı

21-07-2016, 06:56

thumb=left]http://azia.az/uploads/posts/2016-07/1469073310_03.jpg[/thumb] Azərbaycanın müxtəlif bölgələrində ölümlə nəticələnən avtomobil qəzaları baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da saat 15 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Qiymət İbrahimovanı və Xədicə Kərimovanı vurub və hadisə yerini tərk edib. F.Şahmarlı sonradan könüllü olaraq Nərimanov RPİ 16-cı PB-yə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilmiş Q.İbrahimova orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

İyulun 17-də saat 11 radələrində Binəqədi rayonunun 28 May qəsəbəsində Sumqayıt şəhər sakini Asif Nəsibov idarə etdiyi “Mitsubushi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Nazim Dadaşovu vurub. Xəstəxanaya yerləşdirilən N.Dadaşov iyulun 19-da orada dünyasını dəyişib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cari il iyun ayının 29-da Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Müşfiq Muradxanov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən rayon sakini Şair Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən Ş.Əliyev iyulun 19-da orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İyulun 18-də Naxçıvan MR-in Kəngərli rayonu ərazisində Naxçıvan şəhər sakini Zeynalabdin Suvarov idarə etdiyi “KİA” markalı avtomobili aşıb. Xəstəxanaya yerləşdirilən Z.Suvarovun sərnişini, Babək rayon sakini Rafiq Hacıyev iyulun 19-da orada dünyasını dəyişib. Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi