azia.az
azia.az

Qardaşının arvadını və qayınanasını yemək yedikləri yerdə başından güllələdi

1-02-2022, 16:27

Qardaşının arvadını və qayınanasını yemək yedikləri yerdə başından güllələdi
Ana və qızı nahar süfrəsi arxasında öldürüldü

"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adana şəhərinin Seyhan rayonundakı evlərin birində baş verib.

İddialara görə A.A qardaşının arvadı 39 yaşlı Hüda Günün 70 yaşlı anası Naimə Günlə birlikdə yaşadığı evə gəlib.

Qardaşı arvadı anası və iki üşağı ilə birlikdə masa arxasında yemək yeyən zaman A.A hələlik bilinməyən səbəbdən belindən tapancanı çıxararaq hər iki qadına başından atəş açıb.

Uşaqların gözü qarşısında dəhşətli cinayəti törətdikdən sonra şübhəli şəxs hadisə yerindən qaçıb.

Silah səslərini eşidən qonşular dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn polis əməkdaşları baş nahiyyəsindən güllə yarası alan hər iki qadının öldüyünü müəyyən edib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.

Qətlin hansı səbəbdən törədildiyi araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi