Bakıda qadın birlikdə yaşadığı kişi tərəfindən öldürüldü
Qadın elektrik naqili ilə boğulub.
Bakıda qətl hadisəsi baş verib. 39 yaşlı qadın boğularaq öldürülüb. Hüquq-mühafizə orqalarından verilən məlumata görə, hadisə Nəsimi rayonunun Cavadxan küçəsi, ev 4, mənzil 24-də qeydə alınıb.
Həmin ünvanda yaşayan Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Sədaqət Əsgər qızı Əsgərovanın boğularaq öldürülməsi barədə polisə müraciət daxil olub. Dərhal əraziyə yollanan polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Fəhmin Etibar oğlu Qədimov saxlanılaraq istintaqa təhvil verilib.
Sədaqət Əsgərovanı qətlə yetirən F. Qədimov onunla qeyri-rəsmi nikahda olub. Öldürülən qadının elektrik naqili ilə boğulduğu bildirilir.
Hələlik qətlin təfərrüatları barədə heç bir məlumat verilmir.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.