Keçmiş polis məmuru qardaşı oğlunu güllələdi - Hadisə anı belə görüntüləndi - VİDEO
Türkiyədə torpaq üstündə mübahisə zəminində baş verən qətlin görüntüləri üzə çıxıb.
Azia.az musavat.com-a istinadən bildirir ki, təqaüddə olan polis məmuru Süleyman.C qardaşı oğlu İlyas Kütükü tapança ilə atəş açaraq öldürüb.
Hadisə anının hər saniyəsi təhlükəsizlik kamerasına düşüb.
İlyas Kütük qanlar içində yerə yıxılarkən, silah səslərini eşidən ətrafdakılar vəziyyəti sağlamlıq və polis qruplarına xəbər verib.
Hadisə yerinə gələn polis qrupları ətrafın təhlükəsizliyini təmin edərkən, ağır yaralı olduğu təsbit edilən Kütük hadisə yerində olan sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Düziçi Dövlət Xəstəxanasına aparılıb.
İlyas Kütük xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Cinayətdə şübhəli bilinən Süleyman C. hadisəni törətdiyi silahı polisə təhvil verib və təslim olub.