Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlandı
Yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə 32gun.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.