Azərbaycanda evdən üç kişinin meyiti tapıldı
Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.
Bu barədə Azia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.