azia.az
azia.az

Sabirabadda su kanalında meyit aşkarlanıb

12-08-2021, 15:33

Sabirabadda su kanalında meyit aşkarlanıb
Sabirabad rayonunda su kanalında meyit tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Azia.az-in sorğusuna cavab olaraq bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyiti aşkar edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi