azia.az
azia.az

Sərnişin avtobusu yandı - Azərbaycanda

29-06-2017, 16:17

Sərnişin avtobusu yandı - Azərbaycanda


Neftçala rayonunda sərnişin avtobusu yanıb.

azia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dördlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon Avtonəqliyyat ASC-yə məxsus, Elşən Zakir oğlu Məmmədovun idarə etdiyi Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu anidən alovlanıb. Avtobusda olan sərnişinlər dərhal təxliyyə ediliblər. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da avtobus yararsız hala düşüb.
.
Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi