azia.az
azia.az

Müştərinin öldürüldüyü “Berlin Pub”da tez-tez dava olurmuş - Video

1-09-2021, 17:07

Müştərinin öldürüldüyü “Berlin Pub”da tez-tez dava olurmuş - Video
Avqustun 29-da axşam saatlarında “Berlin Pub” kafesində baş verən qətl hadisəsindən sonra bu məkan ətrafında müzakirələr davam edir. Tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazovun müştəri Vüqar Mustafayevi döyərək öldürməsindən sonra “Berlin Pub”ın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.

Azia.az xəbər verir ki, həmin məkanın yerləşdiyi yaşayış binasının sakinlərindən bir neçəsi “Qafqazinfo”ya müraciət edərək bildirib ki, təxminən bir il əvvəl fəaliyyətə başlayan “Berlin Pub”da mütəmadi olaraq dava baş verirmiş: “Səs-küy daim yüksək olurdu, polisə dəfələrlə şikayət etmişdik. Gəlib xəbərdarlıq edib gedirdilər. Polislər deyirdi ki, karantin rejimi saat 12-yə kimidir, onlar da karantin rejimini pozmadığı üçün heç nə edə bilmərik. Davalar da həmişə kafenin çölündə olduğu üçün “Berlin Pub”ın rəhbərliyinə bir söz deyilmirdi. Amma bütün davalar “Berlin Pub”ın rəhbərliyinin nizam-intizamsızlığı ucbatından baş verirdi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi