azia.az
azia.az

“Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur - FOTO

30-08-2021, 23:05

“Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur - FOTO
Dünən gecə saatlarında Bakının Xocalı prospektində yerləşən "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov tərəfindən qətlə yetirilən 1981-ci il təvəllüdlü Vüqar Mustafayevin tanınmış vəzifəli şəxsin oğlu olduğu ortaya çıxıb.

Azia.az Milli.Az-a istinadən xəbər verir ki, Vüqar Mustafayev Təhsil Nazirliyində 21 il Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.
“Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur - FOTO
İlham Mustafayevin mediada adı restoranlar "kralı" kimi də hallanır.

Məlumatlara görə İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası, restoranları fəaliyyət göstərir.

Xatırladaq ki, İlham Mustafayev Təhsil nazirliyində tutduğu vəzifədən 2013-cü ildən azad edilib.
“Berlin PUB”da qətlə yetirilən Vüqar Mustafayev bu vəzifəli şəxsin oğludur - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi