azia.az
azia.az

Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib

9-02-2019, 12:22

Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib
Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib


Azia.az xəbər verir ki, 34 minlik tələbə heyəti ilə Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biri sayılan Berlin Humboldt Universitetinin professoru Klaudia Luks AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Almaniyalı professor kitabxana ilə tanışlığa oxucuların qeydiyyatı hissəsindən başlayıb.

K.Luks MEK-in Qeydiyyat şöbəsində kitabxananın e-oxucu kartını əldə edib, e-kataloqdan alman dilində kitab sifariş edərək MEK-in Sərgi salonunda “Heydər Əliyev - 95”, “İlham Əliyev”, “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kolleksiyalarla tanış olub. Ekspert Fondların formalaşdırılması, Kataloqlaşdırma və sistemləşdirmə, Komplektləşdirmə, Fondların mühafizəsi bölmələrində, İnformasiya resusrlarına nəzarət və əlaqələndirmə, Rəqəmsallaşdırma şöbələrində, Nadir kitab fondunda və oxu zallarında kitabxananın gündəlik işinin kitabxana proqramında əksi ilə tanış olub.

Almaniyalı professor MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondu da ziyarət edərək, diplomatik nümayəndəliklər tərəfindən MEK-ə təqdim edilmiş kolleksiyların formalaşdırılması qaydaları ilə tanış olub. Qətər Milli Kitabxanası layihəsinin 5 il ərzində direktoru olan professor Klaudia Luks Proqramçılar şöbəsində proqramın məlumat bazasının işlək vəziyyəti ilə bağlı suallar verib, müxtəlif meyarlar ilə sistemdə axtarış aparıb, proqramın bütün komponentlərinin – oxucu, kitab, insan resursları, maliyyə, sayt, server və başqa modullarının effektiv inteqrasiyasını qeyd edib.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi