azia.az
azia.az

Elnur Aslanov oğurladığı milyonları necə xırıd edir... - İDDİA

28-01-2019, 16:28

Elnur Aslanov oğurladığı milyonları necə xırıd edir... - İDDİA
Prezident Administrasiyasının sabiq şöbə rəisi, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada da biznes qurub.
Azia.Az Qlobal.Az-a istinadla xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook” səhifəsində məlumat paylaşıb.
Məlumatda deyilir ki, Elnur Aslanov ALKEL INSHAAT SANAYE VE TIJARET AG şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb. PA-nın keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir.
Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir. Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir.
Xatırladaq ki, bundan əvvəl Cavanşir Həsənli Elnur Aslanovun Amerika və Səudiyyə Ərəbistanında biznes qurduğu, PayZəkat ödəmə sistemi yaradaraq ianələr yığması barədə məlumatlar yaymışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi