Ukrayna Ermənistandan gələnlərə qarşı karantin tələblərini sərtləşdirdi
Ermənistandan Ukraynaya gedən sərnişinlərdə COVID-19-un aşkarlanması halları kəskin şəkildə artıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu, iki ölkə arasında bir sıra problemlərə səbəb olub. Belə ki, Ukrayna Ermənistandan səfər edənlərə qarşı karantin tələblərini sərtləşdirib.
Qeyd edilir ki, Ermənistanda COVID-19-a yoluxanların sayının kəskin artması səbəbindən bu ölkənin adı yenidən Ukrayna Səhiyyə Nazirliyinin "qırmızı zona" siyahısına salınıb.
Ermənistandan Ukraynaya gedən bütün sərnişinlər COVID-19 sığortasına malik olmalıdır. Eyni zamanda onlar Ukraynada 14 günlük məcburi təcridetmə və ya koronavirus testindən keçməli olacaqlar. Əgər koronavirus testindən keçənlərdə virus aşkarlanmasa, onda onlar avtomatik olaraq təcridetmə rejimindən çıxarılacaq.
Telegram
Bizim Telegram kanalımıza abunə olun