azia.az
azia.az

SƏBRİN İNTİQAMI kitabının təqdimat mərasimi keçirildi

Bu gün, 17:21


18 oktyabr Müstəqilliyimizin bərpası günündə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda yenilməz ordumuzun cəsur və qalib əsgəri, 1-ci və 2-ci Vətən müharibəsinin məğrur döyüşçüsü Elsevər Hüseynovun şərəfinə ucaldılmış qəhrəmanlıq abidəsi - SƏBRİN İNTİQAMI kitabının təqdimat mərasimi keçirildi.

Kitabın redaktoru şəhid xanımı, professor Gülarə Aydın, professor Ziyadxan Nəbibəyli, komandir Babək Aslanov, komandir Muxtar Həşimov, Xəyyam Nəsirli, Əli Hümbətov jurnalist Bəşir İbrahim, qəhrəmanımızın xalası Xanım ana 30 illik hicranı vüsala çevirən oğullarımızın qəhrəmanlıq dastanını vərəqlədilər. Aşıq Azad Laçınlının "Misri"si isə ruhları riqqətə gətirdi.

Tədbirdə qazi ordusu ilə bərabər ziyalılar, alimlər, jurnalistlər, dostlar, qohumlar və yurd sevdalılar iştirak edirdi.

Aparıcımız isə kəlağayılı şair xanım Güllü Eldar Tomarlı idi.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi