azia.az
azia.az

MEK istifadəçilərinin sayı artmaqda davam edir

9-05-2024, 10:30


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yaradılan rahat kitabxana mühiti oxucuların sayının artmasına da təsir edib.

Cari ilin birinci rübündə MEK-in xidmətlərindən istifadə etmək üçün kitabxanaya abunə olan oxucuların sayı 420 nəfərdən artıq olub. Bu da kitabxananın ümumi oxucularının sayının artmasına təsir göstərib.

Son ayların nəticəsinə əsasən kitabxananın həm saxlancından, həm də yardımçı fondlarından ümumilikdə 5000-ə yaxın sənəd oxucuların istifadəsinə verilib. Bundan əlavə, Mərkəzi Elmi Kitabxana istifadəçilərə onlayn xidmət vasitəsilə müxtəlif dillər və mövzular üzrə sənəd təqdim edib, elektron mətn axtarışını gerçəkləşdirib.

Xatırladaq ki, informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yaşı 18-ə çatmış şəxslər abunəlik əldə edə bilər. Onu da qeyd edək ki, AMEA-nın əməkdaşları, şəhid ailə üzvləri, veteranlar, qazilər üçün kitabxana tam ödənişsiz xidmət göstərir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi