azia.az
azia.az

MEK-ə “Seçilmişlər” kitabı daxil olub

20-06-2022, 15:32


MEK-ə “Seçilmişlər” kitabı daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) daxil olmuş “Seçilmişlər” kitabı Vətən müharibəsində öz şücaətləri ilə adlarını Azərbaycanın qalibiyyət tarixinə qızıl hərflərlə yazan Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında və Fəxri Xiyabanda uyuyan şəhidlərimizə həsr olunub. Kitabda Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, mərd, cəsur, qeyrətli Vətən oğullarının – qəhrəmanlarımızın dünyaya gəlişlərindən şəhidlik zirvəsinə ucalana qədər keçdikləri yol haqqında məlumat verilib.
Oxucular 117 Sumqayıt şəhidinin şücaətindən bəhs edən bu kitabı MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondundan əldə edə bilərlər.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi