azia.az
azia.az

Mərkəzi Elmi Kitabxananın bazasına yeni nəşr daxil olub

28-03-2022, 22:08

Mərkəzi Elmi Kitabxananın bazasına yeni nəşr daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü. Prezident salnaməsi” adlı Çin və Azərbaycan dillərində kitab daxil olub. Kitabda 2003-2021-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində aparılan danışıqlar- çıxışlar, nitqlər, müsahibələr, məktublar, məruzələr əks olunmuşdur.
Qeyd edək ki, sözügedən kitabın tərtibçisi Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovdur.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi