azia.az
azia.az

Subut Mehdiyevin müəllifi olduğu "Zəfər tarixinin qəhrəmanları" kitabı MEK-in (Mərkəzi Elmi Kitabxana) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub

23-11-2021, 16:09

Subut Mehdiyevin müəllifi olduğu "Zəfər tarixinin qəhrəmanları" kitabı MEK-in (Mərkəzi Elmi Kitabxana) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub
Subut Mehdiyevin müəllifi olduğu "Zəfər tarixinin qəhrəmanları" kitabı MEK-in (Mərkəzi Elmi Kitabxana) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

"Zəfər tarixinin qəhrəmanları" kitabı MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olmaqda davam edir.

Bu bax;mdan “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyevin müəllifi olduğu Laçın rayonunun Minkənd kəndinin toponimi, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlar, eləcə də rayonda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar haqqında məlumatların geniş şəkildə əks olunduğu "Zəfər tarixinin qəhrəmanları" adlı kitab da daxil olan nəşrlər sırasındadır.

Fonda daxil olan növbəti nəşr, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun müəllifi olduğu “Qarabağın qara bağı” adlı kitabıdır. Kitabda, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Azərbaycan xalqının milli qürurunun özünə qayıdışından, cəmiyyətimizdə Qarabağın qara bağının kəsilib atıldığı sevincinin yaşanmasından, həmçinin işğaldan azad edilmiş torpaqların tezliklə cənnətə çevriləcəyindən bəhs edilir.
Nəşrlər sırasında Şərur rayon Aralıq kənd orta məktəbinin 8-ci sinif şagirdi Sabrina Gültəkinin müəllifi olduğu “Şəhid Vüsalın dastanı” adlı kitab da yer alıb. Kitab, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun mayoru Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunub.
Məlumat üçün qeyd edək ki, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda şəhid olan Vətən oğullarının doğum günlərində sərgilər də keçirilir. Həmin sərgilərdə qəhrəman şəhidlərimiz haqqında ətraflı məlumatlar, sənədlər, fotoşəkillər, şəhidlər haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar nümayiş etdirilir.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi