azia.az
azia.az

BAO-çu alim-şairin yeni kitabının təqdimatı keçirildi

6-06-2022, 08:15

 BAO-çu alim-şairin yeni kitabının təqdimatı keçirildi
2022-ci il iyunun 5-də Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Zəkulla Bayramlının (Zəki Bayram Yurdçu) "Səndən nə gizlədim..." adlı şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilmişdir. Təqdimat mərasimi və imza günü Bakı şəhərində kitabevim.az mağazasında baş tutmuşdur. Öncə Zəkulla Bayramlı çıxış edərək dəvətini qəbul edib təqdimat mərasimində və imza günündə iştirak edənlərə öz təşəkkürünü bildirmişdir. Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azalp çıxış edərək Zəkulla Bayramlının həm şair, həm də alim kimi geniş spektrli fəaliyyətindən söz açmış, həmçinin şairin özbək dilinə çevirdiyi bir şeirini də oxumuşdur. Tanınmış yazıçı Əlabbas Zəki Bayram Yurdçunun şeirləri ilə sosial şəbəkədən tanış olduğunu, çox bəyəndiyini bildirmiş və müəllifə yeni yaradıcılıq uğurları arzulamışdır. KKTC-dan Lefke Avropa Universiteti (LAU), Fənn və Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı bölümünün başqanı dosent Nazim Muradov telefonla tədbirə qoşularaq Z. Bayramlını təbrik etmiş və onun bədii yaradıcılığı haqqında ürək sözlərini söyləmişdir. Daha sonra BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, AMEA-nın əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, filologiya elmləri doktoru, professor Akif İmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Güney Azərbaycan ədəbiyyatı üzrə tanınmış mütəxəssis Pərvanə Məmmədli, şair-publisist, şərqşünas-tərcüməçi Hafiz Rüstəm, şairlərdən İbrahim Yusifoğlu, Ayaz Arabacı, Zaman Piriyev, BAO üzvü şair Fəzail İsmayıl Böyükkişi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, gənc tarixçi Anar Can Kıtay və başqaları çıxış edərək müəllifi təbrik etmiş, ona xoş sözlərini çatdırmışlar. Tədbirdə iştirak edən qonaqlardan filologiya üzrə fəlsəfə doktoru Yeganə Hüseynova və dil-ədəbiyyat müəllimi İlhamə Qasımova da müəllifin həyat və yaradıcılığı barəsində bəzi maraqlı bilgiləri dilə gətirmişlər. Qiraətçilərdən şair Arzu Heydərova və dil-ədəbiyyat müəllimi Anar Pənahlı Zəki Bayram Yurdçunun bəzi şeirlərini səsləndirmişlər. Sonda müəllif Zəkulla Bayramlı çıxış edərək yaxından və uzaqdan tədbirə qatılan insanlara öz minnətdarlığını bildirmiş və bəzi şeirlərini oxumuşdur. Tədbirin sonunda şair oxucular üçün kitabını imzalamışdır. BAO-nun Mətbuat Xidməti.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi