azia.az
azia.az

Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib olunan növbəti biblioqrafik göstərici işıq üzü görüb

27-01-2022, 21:12

Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib olunan növbəti biblioqrafik göstərici işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib edilən “Möhsün Zellabdin oğlu Nağısoylu” adlı biblioqrafik göstərici işıq üzü görüb.
Oxuculara təqdim olunan bu biblioqrafik göstərici AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, tanınmış şərqşünas-mətnşünas alim, tərcüməçi və pedaqoq Möhsün Zellabdin oğlu Nağısoylunun (Nağıyevin) həyat və fəaliyyətinə dair mənbələri özündə əks etdirir.
Biblioqrafiyaya alimin elmi və pedoqoji fəaliyyətini əks etdirən monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi və elmi-kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri, dissertasiyalara rəhbərlik və opponentlik işləri daxil edilib. Burada 1976-2021-ci illəri əhatə edən mənbələrin daxil olduğu materillar xronoloji qaydada və çap olunduğu illər üzrə qruplaşdırılıb.
Qeyd edək ki, biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçiləri MEK-in biblioqrafı Mahnur Həsənova və Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Quliyevadır.
Təqdim olunan vəsait dilçilik, şərqşünaslıq və mətnşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Onu da bildirək ki, MEK tərəfindən 2021-ci ildə dərc olunan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” və “Nizami Gəncəvi: biblioqrafik göstərici (AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında)” adlı biblioqrafik göstəricilər hədiyyə edilən institut və təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ötən günlərdə həmin müəssisələrdən, o cümlədən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan daxil olan təşəkkür məktubu da bunun bariz nümunəsidir.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi