azia.az
azia.az

Doğum günündə Dilavər Əzimlinin məzarı ziyarət edildi

6-12-2021, 11:55


Doğum günündə Dilavər Əzimlinin məzarı ziyarət edildi
Doğum günündə Dilavər Əzimlinin məzarı ziyarət edildi
5 dekabr Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri və təşkilat başqanının İdeoloji məsələlər üzrə sabiq müavini, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin doğum günüdür.

Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəhbərliyi, bir qrup üzvü və AMEA Tarix İnstitutunun bir qrup əməkdaşı, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, alimin yaxınları doğum günündə Dilavər bəyin məzarını ziyarət ediblər. Mərhumun ruhuna dualar oxunub, məzarının üzərinə gül dəstələri qoyulub.

BAO başqanı Zahir Əlisoy, AMEA Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə

doktoru, dosent Hacı Həsənov, BAO Mərkəzi Şurasının üzvü, İrəvan Türk Cümhuriyyəti Dövlət Şurasının sədri Paşa Həsənli, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı çıxış etmişlər.
Doğum günündə Dilavər Əzimlinin məzarı ziyarət edildi
Çıxışçılar Dilavər bəyin tarixçi alim, pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvlərindən biri, BAO başqanının İdeoloji məsələlər üzrə sabiq müavini, milli azadlıq hərəkatının fəal iştirakçısı kimi fəaliyyətindən, Azərbaycan tarixinin orta əsrlər dövrünün araşdırılmasında gördüyü diqqətəlayiq işlərdən danışmışlar.

Çıxışçılar Dilavər Əzimlinin milli ziyalı, Vətən və millət üçün dəyərli bir insan olması haqqında öz fikirlərini bölüşmüşlər.

Ziyarət mərasimində çıxışlarda D. Əzimlinin

dünyasını dəyişməsinin Azərbaycan tarix elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğu vurğulanıb.

Dilavər bəyin həyat yoldaşı, tanınmış tele-jurnalist Arzu xanım Qazıyeva çıxış edərək tanınmış tarixçi alimi unutmayanlara, doğum günündə ziyarətə gələnlərə və ürək sözlərini çatdıranlara ailəsi adından təşəkkürünü bildirdi.

BAO-nun Mətbuat Xidməti.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi