azia.az
azia.az

AŞ PA-da Azərbaycanla bağlı sərt dinləmələrə Bakıdan etiraz

12-04-2019, 11:25

AŞ PA-da Azərbaycanla bağlı sərt dinləmələrə Bakıdan etirazMirvari Qəhrəmanlı: “Leyla Yunus üçün siyasi məhbus problemi sadəcə biznesdir”
Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞ PA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Dinləmələr ölkəmiz adına kifayət qədər sərt keçib və bir sıra məqamlar diqqət çəkib.
Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun dinləmələrdə iştirak edib çıxış etməsi diqqətdən yayınmayıb. O, çıxışında deyib ki, 2013-cü ilin yanvarında AŞ PA üzvləri Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin əleyhinə səs verib: “Bununla da onlar Azərbaycanda daha dəhşətli repressiyalara ”yaşıl işıq" yandırıblar. Hamımızı həbs etdilər, bunun nəticəsi olaraq bu gün ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti, müstəqil QHT və KİV yoxdur".
REAL Partiyasının sədri İlqar Məmmədov müzakirələrdə Skype vasitəsilə iştirak edib. O, məhkəmə qərarı olmasına baxmayaraq, hakimiyyətin ona pasport vermədiyini, buna görə Strasburqa gələ bilmədiyini bildirib: “AŞ PA üzvlərinə üz tutaraq qeyd etmək istəyirəm ki, hakimiyyətin Azərbaycanda islahatlar haqqında heç bir təminatına inanmasınlar. Siyasi məhbuslar yaradılması mexanizmi dəyişməyib. Təəssüf ki, AŞ PA qurumları Azərbaycanda siyasi məhbuslar yaranmasının qarşısını almaq üçün heç nə etməyib. ”Cəzasızlıq atmosferi" hakimiyyətə belə şeylər etməyə imkan verir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi