azia.az
azia.az

NATO özünü buraxmalıdır - Almaniyadan sensasiya

5-04-2019, 09:24

NATO özünü buraxmalıdır - Almaniyadan sensasiya
Bu gün NATO-nun özü dünyanın təhlükəsizliyinə təhdiddir, buna görə alyansı buraxmaq lazımdır. Teleqraf.com xəbər verir ki, bu bəyanatla Almaniya Bundestaqının deputatı Aleksandr Noy çıxış edib.Deputat hesab edir ki, NATO imperiya maraqlarına xidmət etməklə kifayətlənir, bu zaman beynəlxalq hüquq normalarını pozur və münaqişələrin alovlandırılmasına səbəb olur.Aleksandr Noy alyansa 70 illik yubileyini bayram etməyi yaraşdırmadığını deyib.O, hərbi təşkilatın son onilliklərdə öz həqiqi simasını göstərdiyini söyləyib və Yuqoslaviyanın bombardman olunmasını və Əfqanısatanda aparılan müharibəni misal gətirib.Bundestaq deputatı Almaniyanın NATO-dan çıxmalı olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi