azia.az
azia.az

NATO Baltiya və Polşaya qoşun göndərir

9-07-2016, 07:04

NATO Baltiya və Polşaya qoşun göndərir NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

"Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədi ilə 4 taborun yaradılmasına qərar verdik”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə qoşunlar rotasiya əsasında yerləşdiriləcək. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi