azia.az
azia.az

“Ərdoğan dedi, NATO-dan çıxa bilərik” - Jirinovski

16-12-2016, 17:19

“Ərdoğan dedi, NATO-dan çıxa bilərik” - Jirinovski
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə səfəri zamanı prezident Rəcəb Tayyip Ərdoğanla görüşündən danışıb

Lent.az odatv-yə istinadən xəbər verir ki, Jirinovski Türkiyənin NATO-dan çıxa biləcəyini deyib:

“Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaq üçün bizdən, Rusiya hökumətindən dəfələrlə razılıq istəyib. Hətta dedi ki, Türkiyənin nə vaxtsa NATO-dan çıxması da mümkündür. Türklər çox qürurlu millətdir. Biz yüzillərlə onlarla müharibə aparmışıq, amma indi vəziyyət dəyişib. Türkiyə bizimlə dost olmaq istəyir. Ərdoğan Avropadan xəbər gözləməkdən yorulub. Onlar indi bizimlə hərbi əməkdaşlıq etmək istəyirlər. Münasibətlərimiz daha da inkişaf etsə, NATO özü Türkiyəni üzvlükdən çıxaracaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi