azia.az
azia.az

Makedoniya NATO üçün adını dəyişir

8-06-2017, 15:06

Makedoniya NATO üçün adını dəyişir


Makedoniya NATO-ya müvəqqəti olaraq ”Makedoniya Keçmiş Yuqoslaviya Respublikası” adı ilə daxil olmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Makedoniya Baş naziri Zoran Zayev söyləyib. O, ölkənin adı ilə bağlı Yunanıstanla danışıqlar aparılacağını bildirib.

Qeyd edək ki, NATO 2018-ci ilin yazına qədər Makedoniyanı alyansa qəbul etməyə hazırlaşır. Yunanıstan buna maneə yaradır. Buna səbəb kimi Makedoniya adının Yunanıstanda vilayətin adı ilə oxşar olması göstərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi