Dağıstanda sel bəndi dağıtdı, sakinlər təxliyə edildi
Dağıstanın Qaytaq rayonunun Macalis kəndində bənd qismən dağılıb, 13 evin sakini təxliyə edilib.
Azia.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası rayon administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Ulluçay çayında suyun səviyyəsi qalxıb. Macalis kəndində hidrotexniki qurğu (bənd) qismən dağılıb. Gecə saatlarında subasma zonasındakı 13 evin sakini təxliyə edilib", – rayon administrasiyasından bildirilib.
Qeyd olunub ki, hazırda çayda suyun səviyyəsi aşağı düşüb.
Dağıstanın bir sıra rayonlarında iyulun 7–8-də yağan güclü yağıntılar nəticəsində subasmalar, yolların və körpü dayaqlarının yuyulması, elektrik enerjisi təchizatında fasilələr baş verib.