azia.az
azia.az

İsrail müharibənin itkiləri və ziyanı barədə məlumat AÇIQLADI

18-06-2025, 07:07

İsrailin rəsmi dairələri müharibədə dəymiş zərər və itkilər barədə məlumat açıqlayıb. İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.

Bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib.

"Müharibə başlayandan indiyədək İsrail ərazisinə 550-yə yaxın raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailin Vergi İdarəsi dəymiş ziyanla bağlı 38 700 müraciət alıb. 15 500-dən çox insan evini itirib", - Gendelman qeyd edib.

Həmçinin münaqişə zamanı İsrailin hava məkanı bağlanıb, 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi