Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Ekspertlər deyir ki, İranla yaranmış gərginlik fonunda İsraildə səfirlik açmaq zamanıdır, sonra gec ola bilər...
İranla gərginlik fonunda İsraildə Azərbaycan səfirliyi açılması ilə bağlı çağırışlar artıb. Bir il əvvəl Milli Məclisin deputatları da bu təkliflə çıxış etmişdilər. Onlar bildirmişdilər ki, İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir və bu ölkədə səfirliyin açılması çox vacibdir.
“Yeni Müsavat” bildirir ki, İsrail səfirliyi Azərbaycanda hələ 1992-ci ildən açılsa da, Azərbaycan İsraildə öz diplomatik nümayəndəliyini açmağa tələsmir. Yalnız bu ilin iyulunda İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb. İsrail Xarici İşlər Nazirliyi öz rəsmi açıqlamasında bunu daha bir tarixi hadisə adlandırmışdı. Əslində bu nümayəndəliyin açılmasını səfirlik təsis edilməsi yönündə bir addım saymaq olar. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev də ötən həftə deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması gündəmdədir. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır: “Ümumiyyətlə, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil. Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.
Yeri gəlmişkən, İranın özünə dost və qardaş dediyi Ermənistanın İsraildə səfirliyi fəaliyyət göstərir. Eləcə də Gürcüstanın da bu ölkədə səfirliyi fəaliyyət göstərir. Bəzi ərəb ölkələrinin son aylar İsraillə əlaqələr qurması da sirr deyil. Bəzi ekspert iddialarına görə, İsraillə xüsusi münasibətlər qurulması İranla yanaşı, Ərəb Dövlətlər Liqasının, eləcə də Rusiyanın da maraqları daxilində deyil. Baxmayaraq ki, Rusiya tərəfi heç zaman bunu büruzə verməyib, yəni bizim İsraildə səfirliyimiz olarsa, Moskvanın açıq şəkildə narazılığını bildirəcəyini gözləmək olmaz. Ola bilsin ki, Rusiya İsrailin Azərbaycanla siyasi, hərbi, iqtisadi və ümumiyyətlə, strateji əlaqələrinin inkişafında maraqlı görünmür. Amma Ərəb Dövlətləri Liqasını da nəzərdən qaçırmaq olmaz. Bəs bu iddialar nə qədər gerçəyi əks etdirir? Yaxın zamanlarda Təl-Əvivdə səfirliyin açılmasını gözləmək olarmı?
Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Elman Nəsirov
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan”a deyib ki, son günlər bu məsələsinin aktuallaşması təsadüfi deyil: “Çünki ”mehriban qonşu" dediyimiz İranın Azərbaycana kəskin və anlaşılmayan münasibəti, şübhəsiz ki, çoxlu suallar yaradır. Xüsusilə də İranın Azərbaycan sərhədlərində 30 il ərzində keçirilməyən hərbi təlimlərinin keçirilməsi, əzələ nümayişinə keçməsi, əlbəttə ki, Azərbaycan ictimaiyyətində də çoxlu suallar yaradıb".
Deputatın sözlərinə görə, İran rəsmiləri son zamanlar Azərbaycanın sərhədlərinə İsraili gətirməsi ilə bağlı iftira yayırlar: “Cənab İlham Əliyev də bu məsələyə aydınlıq gətirdi, bildirdi ki, ”sübut gətirin". Sübut yoxdursa, bu, böhtan və iftiradır. Azərbaycan ictimaiyyəti arasında söyləyirlər ki, İsraildə səfirlik açılmalıdır. İctimaiyyəti də bu məsələdə başa düşmək olar. Biz heç bir zaman İsraildə səfirlik açmadıq, hesab etdik ki, İran bu məsələ ilə bağlı fərqli mövqedədir və belə bir addım atacağımız təqdirdə İran bunu onlara qarşı bir addım kimi qiymətləndirəcək".
Deputat vurğulayıb ki, Azərbaycan İsraildə səfirliyini hələ açmayıb, amma artıq ölkəyə böhtan atırlar: “Belə bir vəziyyətdə hər bir dövlətin kimdə səfirliyini açması onun suveren hüququdur. İran indi Azərbaycan sərhədlərində dalbadal irimiqyaslı hərbi təlimlər keçirir və bildirir ki, bu, onun suveren hüququdur. Bizim ictimaiyyətimizin mövqeyi də belədir ki, İsraildə səfirliyimizin açılması bizim suveren hüququmuzdur və İrana qarşı yönəlməyib”.
Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Natiq Cəfərli
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, bir çox ölkələrin, o cümlədən ərəb ölkələrinin İsraildə səfirliyinin açılmasına start verilib: “Həmçinin Türkiyənin, Rusiyanın İsraildə səfirlikləri var. Yəni Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı, onun konsulluq xidmətinə çevrilməsinin zamanıdır. Səfirlik açılmamasının səbəbləri qalmayıb. Artıq türk cümhuriyyətlərinin, ərəb ölkələrinin İsraildə diplomatik korpusları fəaliyyətə başlayırsa, bizim gözləməyimizin mənası yoxdur”.
Novella Cəfəroğlu cəbhəyə getmək istəyir » Reyting.az
Novella Cəfəroğlu
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, İsraildə artıq Ticarət Nümayəndəliyi var, səfirlik də gec-tez olacaq: “İsrail vəziyyətimizi yaxşı başa düşür, anlayışla qarşılayır, çünki təmkinli dövlətdir. İsrail bir sıra müsəlman ölkələri ilə barışıb, ona görə bizim də orada səfirliyimiz açılacaq. İndi İranla gərgin zamandır. Prezident də Tehrana çox gözəl cavab verdi. Biz deyirik ki, İsraillə müttəfiqik, onlarla müxtəlif sahələrdə işləyəcəyik. İsrail də Ermənistanı işğalçı ölkə kimi qəbul edir və bildirib ki, ona silah satmır”.
N.Cəfəroğlu hesab edir ki, Rusiyanın mövqeyi anlaşılandır: “Rusiya Azərbaycanın güclənməsini istəmir. Ona görə İsraildə səfirliyimizin olmasını arzulamaya bilər. Amma bədbəxt ermənilər də bilməlidir ki, Rusiya onları sevmir, sadəcə, onlardan istifadə edir”.
Azər Rəşidoğlu: “Hər birimiz təhlükədəyik”
Azər Rəşidoğlu
Siyasi şərhçi Azər Rəşidoğlunun qəzetimizə bildirdiyinə görə, İsrail beynəlxalq arenada Azərbaycanı müdafiə edir: “Dünyada ən güclü lobbi sayılan yəhudi lobbisi erməni lobbisinə qarşı savaşda Azərbaycanın tərəfindədir. Dünya siyasətinə təsir baxımından da İsrailin rolu böyükdür. İsrail həm də Azərbaycana müasir silah satır. Amma səfirlik məsələsində Azərbaycan həmişə İranı nəzərə alıb. Deyəsən, bunu görməzdən gəliblər. Odur ki, artıq Təl-Əvivdə səfirlik açmaq zamanıdır, əsl vaxtıdır, sonra gec olacaq. İndi İranla yaranmış gərginlik fonunda İsraildə səfirlik açmaq mümkündür”.
Emil SALAMOĞLU