Əxlaqsız məclisdən görüntülər yayıldı - FOTO
Sosial şəbəkədə hazırda həbsdə olan dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) əxlaqsız məclisindən görüntülər yayılıb.
Xəbər verilir ki, həmin görüntülərdən əldə edilmiş “screenshot”u “Radar Online” nəşri yayıb.
Ehtimal olunur ki, bunlar prodüserin sərxoş halda yüngül əxlaqlı qızların və alkoqol şüşələrinin əhatəsində rəqs etdiyi videonun ekran görüntüləridir.
Videonu Diddinin onlarla qurbanının şərəfini müdafiə edən vəkil Toni Buzbi təqdim edib.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Pi Diddini keçmiş müğənni sevgilisi Kessi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra sosial şəbəkədə onun döyülməsinin amansız görüntüləri yayılıb və iş qorxulu miqyas alıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox cinsi əlaqə zamanı istifadə olunan gel materialı aşkar edilib. İddialara görə, Diddi onlardan başqa şeylərlə yanaşı, seks məclislərində də istifadə edib. İndi o, girovsuz Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır. (olay)