azia.az
azia.az

"Məni evlənməyə məcbur edirlər, ancaq deyə bilmirəm ki, əmim oğlu mənə təcavüz edib" - PSİXOLOQLA MÜSAHİBƏ

21-11-2021, 15:59

"Məni evlənməyə məcbur edirlər, ancaq deyə bilmirəm ki, əmim oğlu mənə təcavüz edib" - PSİXOLOQLA MÜSAHİBƏ
Fikirlərim birmənalı qarşılanmaya bilər. Intihar edən qadının və ya kişinin telefonuna baxın, hər şey aydın olacaq. Cəmiyyətdə cinsi zorakılıq hallarının artması həyəcan təbili çalınacaq həddə çatıb. Statistika ilə danışsaq, səhv danışmış olacağıq. Çünki ört-basdır edilən onlarla zorakılıq hadisəsi var. Xüsusilə də azyaşlılara qarşı edilən zorakılıq artıb. Hər il ortaya yeni bir statistika qoymaq yerinə bu cür ciddi məsələlərdə qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasına nəzarət yetirmək lazımdır. Zorakılığa məruz qalan qadınlar bu yükü həm mənəvi, həm də iqtisadi olaraq daşımaq məcburiyyətində qalır. Yoldaşı, atası tərəfindən zorakılığın hər bir növünə məruz qalan qadın, maddi baxımdan da onlardan asılı vəziyyətə düşür. Zorakılıq qurbanı azyaşlıların isə gələcək həyatı sual altında olur. Belə dönəmdə düşüncəli valideyn olmaq, yaxşı psixoloq tapmaq isə olduqca çətindir.

Olaylar.az bütün bu suallara cavab tapmaq üçün psixoloq Musa Melaie ilə həmsöhbət olub.

- Musa bəy, şəxsi psixoloji olaraq cinsi zorakılığa vadar edən səbəblər hansılardır?

- İlk öncə zorakılığın növlərindən danışaq. Zorakılıq bir tərəfin digər tərəfi əzməsidir. Bu fiziki, psixoloji də ola bilər. Zorakılığın bir növü cinsi zorakılıqdır. Cinsi zorakılıq zamanı bir tərəf digərini təbii və ya qeyri-təbii yollarla cinsi olaraq istismar edir. Cinsi zorakılıqda hər zaman fiziki güc tələb olunmur. Bu sözlə və ya təhdid yolu ilə də ola bilər. Son zamanlar cinsi zorakılığın artmasının ən əsas səbəblərindən biri zorakılığın başqa bir zorakılığa yol açmasıdır. Cinsi zorakılığa məruz qalan insanlar, özlərinə edilənlərin qisasını bir başqasından alır. Digər səbəb isə şəxsdə cinsi obsessiv kompulsiv pozuntuların olmasıdır. Cinsi obsessiyası olan insanlar qohumlarını,tanışlarını, ictimai yerlərdə olan insanları çılpaq şəkildə, müxtəlif pozisiyalarda düşünürlər. Bu düşüncələr onları cinsi zorakılıq etməyə vadar edir. İnsanları bunu etməyə vadar edən səbəblərdən biri də zorakılığı tətbiq edən şəxsin varlığının, şəxsiyyətinin, kişiliyinin başqaları tərəfindən təhqir olunmasıdır. Bu zaman şəxs özünü sübut etmək üçün başqasına qarşı zorakılıq göstərməyə başlayır.

- Zorakılığa məruz qalan şəxsi psixoloji dəstək ilə əvvəlki həyatına qaytarmaq mümkündürmü ?

- Travma alan insanlar sonrasında "yas" dönəmi deyilən dönəmi yaşamalıdır. Bu dönəmdən sonra ona terapevtik, psixoterapik müdaxilə olunarsa, pasiyent bu terapiyanı həqiqətən istəsə, bu travmadan qurtula biləcək. Ən əsası isə müdaxilə düzgün həyata keçirilməlidir. Bir məsələni qeyd etmək istəyirəm ki, valideynlər adətən övladlarının cinsi zorakılığa məruz qaldığını hiss etmirlər. Əgər bunu hiss edərsə, özü heç bir halda müdaxilə etməməlidir. Dərhal mütəxəssislərə müraciət olunmalıdır. Çünki zorakılıq və yaratdığı travma asan başa çıxılacaq problem deyil. İnsanı həyatı boyu damğalanır, izlənir.

- Zorakılığın yaratdığı travma sonradan hansı fəsadları doğurur?

- Cinsi zorakılıq ən böyük travma yaradan zorakılıqlardan biridir. Cinsi zorakılıq sonradan qadınlarda və kişilərdə cinsi problemlər, evlənmə qorxusu və.s yaradır. Ümumiyyətlə bizim ən böyük səhvlərimizdən biri cinsi zorakılıq dedikdə ağlımıza yalnız qadınların gəlməsidir. Günümüzdə kişilər də zorakılığa məruz qalırlar. Bu problemin qurbanı sadəcə qadınlar deyil. Cinsi zorakılıq kişilərdə daha ağır travmalar yaradır. Özünəgüvənin qırılması, özünəqapanma hətta intihara belə yol açır. Psixoloqdan belə çəkinirlər bunları danışarkən. İnsanlara bunları edənlər daha çox qohumları, ətrafındaki insanlar olur. Pasiyentlər həmən şəxsləri psixoloqun şikayət etməsindən, məsələnin üstünün açılmasından qorxurlar. Cinsi zorakılığa məruz qalan şəxslərdə hətta cinsi oriyentasiyanın dəyişməsi (homoseksuallıq) halları da müşahidə edilir. Bizə müraciət edən pasiyentlərin özünəgüvəni aşağı səviyyədə olur. Onların istəyinə uyğun olaraq, fərdin sosial adaptasiyasını yerinə gətirməyə, özünəgüvənini bərpa etməyə çalışırıq.

- Homoseksuallığın psixoloji müalicəsi varmı?

- Əgər homoseksuallıq təqlididirsə, oriyentasiya problemi hormonal olaraq getmirsə, psixoloji olaraq həll edilə bilər. Buna görə erkən yaşda müraciət etmək daha məqsədəuyğundur. Hormonal olduğu zaman isə hormonal müdaxilə gərəklidir.

- Bioloji homoseksual olmayan fərd psixoloji olaraq belə davrana bilərmi?

- Günümüzdə homoseksuallıq, oriyentasiya problemi həddən artıq çoxdur. İnsanlar LGBT fərdlərinə müsbət düşüncə ilə yanaşırlar. Gənclər onları öz gözlərində ilahiləşdiriblər. Bu səbəbə görə gənclər onlara meyl etməyə başlayır. Hormonal heç bir problemi olmayan şəxs özünü başqa cür qələmə verməyə başlayır. Təəssüflər olsun ki, gənclərimiz ziyalıları örnək almaq yerinə bu cür fərdləri örnək almağa başlayırlar. Maraqları öz üzərlərinə cəlb etmək üçün, özlərini oriyentasiya problemi olan fərd kimi tanıdırlar. Bir məqamı da qeyd etməliyik ki, qızların da pərəstiş etdiyi insanların bir çoxu homoseksual fərdlər olur. Oğlanlar bu səbəbdən ötrü də özlərinə olduqlarından fərqli adlar verməyə başlayır. Qızların homofob oğlanlardan uzaqlaşması da onlara psixolojik olaraq təsir göstərir.
Sevgi acısı çəkən, xəyanətə uğrayan gənclərdə də bu tip hallar görünür.

- Homoseksuallıqla bağlı olan reklamlar və antireklamlar psixologiyamıza necə təsir göstərir?

- Ən gözəl reklam antireklamdır. Bir çox məşhurlar, vəzifəli şəxslər var ki, onların davranışları, orientasiya problemləri insanlara yansıyır. Sosial şəbəkələrdə homoseksual fərdlərin profillərinə tez-tez rast gəlirik. Onları da məşhur edən, gündəmə gətirən bizlərik. Həmin insanların ünvanına yazılan xoş sözlər digər insanlarda "mən də belə olsam seviləcəm" düşüncəsini yaradır. Sosial şəbəkələrdə izləyici toplamaq üçün ən çox əl atılan üsullardan biri də homoseksuallıqdır.

- Cinsi tərbiyə gələcək həyat üçün nə qədər əhəmiyyətlidir?

- Cinsi tərbiyə uşaqların fizioloji,bioloji və psixoloji durumunda böyük əhəmiyyət kəsb edir. Valideynlər sual verir ki, "mən nə vaxtdan etibarən cinsi tərbiyəyə başlamalıyam?"

Valideyn övladını kiçik yaşlarından cinsi tərbiyə etməyə başlamalıdır. Oğlanın atası tərəfindən, qızın anası tərəfindən tərbiyə edilməsi daha məqsədəuyğundur. Acınacaqlı bir haldır ki, günümüzdə cinsi tərbiyə anlayışı çox səhv başa düşülür. Uşaqlarınızı heç zaman dodağından öpməyin. Ümumiyyətlə uşaqdan icazə almadan onu öpmək doğru deyil. Qohum olsa belə. Uşaqları rüşvət qarşılığında sevməyin. Bu əxlaqsızlığa yol açır. Bəzən elə şeylərə şahid oluram ki, dəhşətə gəlirəm. 15-16 yaşlı oğlanları anası yuyundurur. İki uşaq birlikdə oynayırsa, onların oyun şəklinə baxın. Rollara baxın. Biri ata olur, biri ana olur, digəri uşaqları olur. Onlara aldığınız oyuncaqlara diqqət edin. Sosial şəbəkədə biabrçı bir görüntü yayılmışdı. Valideynin övladı üçün aldığı "kukla" nın kişi cinsiyyət orqanı var idi. Bunları bilərəkdən edirlər. Əxlaqsızlıq bilərəkdən insanlara aşılanır. Mən demirəm ki, bütün bu insanların valideyni günahkardır. Xeyr. Ancaq bütün bunlar böyük rol oynayır. Yeniyetməlik yaş dövründə fərd hisslərin ən pik nöqtəsini yaşayır. Bu yaş dövründə əlbəttə yeniyetmələr pornoqrafik videolara və.s meyl göstərir. Özünü və bədənini tanımağa çalışır. Bu zaman valideyn nə etməsi gərəkdiyini bilmir. Başqalarına deyir, qonşunun, tanışın yanında övladını ələ salır. Bu yeniyetmələr üçün özünü, seksuallığını təhqirdir. Onlar belə olan halda özünü təsdiqetmə ehtiyacı duyur. Özünü təsdiqləmə çabası da zorakılığa gətirib çıxarır. Zorakılığın həddən artıq çox səbəbləri var. İntihar edən şəxslərin böyük bir qismi cinsi zorakılığa məruz qalan şəxslərdir. Fikirlərim birmənalı qarşılanmaya bilər. Intihar edən qadının və ya kişinin telefonuna baxın , hər şey aydın olacaq. İnsan durduq yerə nə üçün intihar edər? Əlbəttə onu başqa biri incidirsə, zorakılığa məruz qalırsa. Gün ərzində mənə həddən artıq mesaj gəlir. "Evdən məni evlənməyə məcbur edirlər, ancaq mən deyə bilmirəm ki, əmim oğlu (dayım oğlu) və ya başqası məni cinsi zorakılığa məruz qoyub. Mən bunu ailəmə deyə bilmərəm. Desəm, məhv olaram". Dəfələrlə pasiyentlərim hönkür-hönkür ağlayıblar çarəsizlikdən. Bir çoxu reabilitasiyadan sonra əvvəlki həyatlarını bərpa edə bilirlər. Təəssüflər olsun ki, içlərində psixoloji dəstək alsa belə, intihar edən şəxslər də olur.

- Psixoloq seçimi zamanı nələrə diqqət yetirməliyik?

- Ölkəmizdə yetəri qədər düzgün işləyən mütəxəssis yoxdur. Psixologiya elminin nə demək olduğunu çox az psixoloq başa düşür. Bəzi psixoloqlar elə bilir ki, pasiyentə "oldu keçdi, fikir eləmə", "əmim qızına da eynisi etmişdilər" deməkdən ibarətdir işləri. Bu psixologiya deyil. Psixoloq terapiya zamanı öz şəxsi həyatından, şəxsi maraqlarından, şəxsi təcrübəsindən istifadə edə bilməz. Bizdə isə belə deyil. O zaman psixoloqla qonşunun fərqi nədir? Psixoloqa pul verirsən, o da qonşu ilə eyni sözləri deyir. Psixoloqa müraciət edən insanlar, sağalmaqdan çox psixoloqun pulunu necə ödəyəcəklərini düşünürlər. Budur reallıq. 3 nəfərdən biri psixoloqdur. Məsələn, sosial şəbəkədə cinsi zorakılığa məruz qalan insanlarla işlədiklərini bildirirlər. Insanları aldadırlar. Yalan reklamdan pul qazanırlar. Pasienti intihar edən psixoloq necə rahat yata bilir?

Seksuallıq insanlar üçün çox önəmlidir. Seksuallığı təhqir olunan bir fərd özlüyündə mənəvi dəyərini itirir. İnsanları bir birinə bağlayan səbəblərdən biri də ehtiras hissidir. İnsanlar psixoloqa getməkdən qorxursa, bu biz psixoloqların günahıdır. Psixoloqlar terapiya zamanı dualardan istifadə edirlər. Psixologiya ilahiyyat deyil. Buna görə də pasiyent psixoloq seçərkən diqqətli olmalıdır.

Fikirlərim birmənalı qarşılanmaya bilər. Intihar edən qadının və ya kişinin telefonuna baxın, hər şey aydın olacaq

Cəmiyyətdə cinsi zorakılıq hallarının artması həyəcan təbili çalınacaq həddə çatıb. Statistika ilə danışsaq, səhv danışmış olacağıq. Çünki ört-basdır edilən onlarla zorakılıq hadisəsi var. Xüsusilə də azyaşlılara qarşı edilən zorakılıq artıb. Hər il ortaya yeni bir statistika qoymaq yerinə bu cür ciddi məsələlərdə qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasına nəzarət yetirmək lazımdır. Zorakılığa məruz qalan qadınlar bu yükü həm mənəvi, həm də iqtisadi olaraq daşımaq məcburiyyətində qalır. Yoldaşı, atası tərəfindən zorakılığın hər bir növünə məruz qalan qadın, maddi baxımdan da onlardan asılı vəziyyətə düşür. Zorakılıq qurbanı azyaşlıların isə gələcək həyatı sual altında olur. Belə dönəmdə düşüncəli valideyn olmaq, yaxşı psixoloq tapmaq isə olduqca çətindir.
Bütün bu suallarımıza cavab tapmaq üçün psixoloq Musa Melaie ilə həmsöhbət olduq.

- Musa müəllim, şəxsi psixoloji olaraq cinsi zorakılığa vadar edən səbəblər hansılardır?

- İlk öncə zorakılığın növlərindən danışaq. Zorakılıq bir tərəfin digər tərəfi əzməsidir. Bu fiziki, psixoloji də ola bilər. Zorakılığın bir növü cinsi zorakılıqdır. Cinsi zorakılıq zamanı bir tərəf digərini təbii və ya qeyri-təbii yollarla cinsi olaraq istismar edir. Cinsi zorakılıqda hər zaman fiziki güc tələb olunmur. Bu sözlə və ya təhdid yolu ilə də ola bilər. Son zamanlar cinsi zorakılığın artmasının ən əsas səbəblərindən biri zorakılığın başqa bir zorakılığa yol açmasıdır. Cinsi zorakılığa məruz qalan insanlar, özlərinə edilənlərin qisasını bir başqasından alır. Digər səbəb isə şəxsdə cinsi obsessiv kompulsiv pozuntuların olmasıdır. Cinsi obsessiyası olan insanlar qohumlarını,tanışlarını, ictimai yerlərdə olan insanları çılpaq şəkildə, müxtəlif pozisiyalarda düşünürlər. Bu düşüncələr onları cinsi zorakılıq etməyə vadar edir. İnsanları bunu etməyə vadar edən səbəblərdən biri də zorakılığı tətbiq edən şəxsin varlığının, şəxsiyyətinin, kişiliyinin başqaları tərəfindən təhqir olunmasıdır. Bu zaman şəxs özünü sübut etmək üçün başqasına qarşı zorakılıq göstərməyə başlayır.

- Zorakılığa məruz qalan şəxsi psixoloji dəstək ilə əvvəlki həyatına qaytarmaq mümkündürmü ?

- Travma alan insanlar sonrasında "yas" dönəmi deyilən dönəmi yaşamalıdır. Bu dönəmdən sonra ona terapevtik, psixoterapik müdaxilə olunarsa, pasiyent bu terapiyanı həqiqətən istəsə, bu travmadan qurtula biləcək. Ən əsası isə müdaxilə düzgün həyata keçirilməlidir.

Bir məsələni qeyd etmək istəyirəm ki, valideynlər adətən övladlarının cinsi zorakılığa məruz qaldığını hiss etmirlər. Əgər bunu hiss edərsə, özü heç bir halda müdaxilə etməməlidir. Dərhal mütəxəssislərə müraciət olunmalıdır. Çünki zorakılıq və yaratdığı travma asan başa çıxılacaq problem deyil. İnsanı həyatı boyu damğalanır, izlənir.

- Zorakılığın yaratdığı travma sonradan hansı fəsadları doğurur?

- Cinsi zorakılıq ən böyük travma yaradan zorakılıqlardan biridir. Cinsi zorakılıq sonradan qadınlarda və kişilərdə cinsi problemlər, evlənmə qorxusu və.s yaradır. Ümumiyyətlə bizim ən böyük səhvlərimizdən biri cinsi zorakılıq dedikdə ağlımıza yalnız qadınların gəlməsidir. Günümüzdə kişilər də zorakılığa məruz qalırlar. Bu problemin qurbanı sadəcə qadınlar deyil. Cinsi zorakılıq kişilərdə daha ağır travmalar yaradır. Özünəgüvənin qırılması, özünəqapanma hətta intihara belə yol açır. Psixoloqdan belə çəkinirlər bunları danışarkən. İnsanlara bunları edənlər daha çox qohumları, ətrafındaki insanlar olur. Pasiyentlər həmən şəxsləri psixoloqun şikayət etməsindən, məsələnin üstünün açılmasından qorxurlar. Cinsi zorakılığa məruz qalan şəxslərdə hətta cinsi oriyentasiyanın dəyişməsi (homoseksuallıq) halları da müşahidə edilir. Bizə müraciət edən pasiyentlərin özünəgüvəni aşağı səviyyədə olur. Onların istəyinə uyğun olaraq, fərdin sosial adaptasiyasını yerinə gətirməyə, özünəgüvənini bərpa etməyə çalışırıq.

- Homoseksuallığın psixoloji müalicəsi varmı?

- Əgər homoseksuallıq təqlididirsə, oriyentasiya problemi hormonal olaraq getmirsə, psixoloji olaraq həll edilə bilər. Buna görə erkən yaşda müraciət etmək daha məqsədəuyğundur. Hormonal olduğu zaman isə hormonal müdaxilə gərəklidir.

- Bioloji homoseksual olmayan fərd psixoloji olaraq belə davrana bilərmi?

- Günümüzdə homoseksuallıq, oriyentasiya problemi həddən artıq çoxdur. İnsanlar LGBT fərdlərinə müsbət düşüncə ilə yanaşırlar. Gənclər onları öz gözlərində ilahiləşdiriblər. Bu səbəbə görə gənclər onlara meyl etməyə başlayır. Hormonal heç bir problemi olmayan şəxs özünü başqa cür qələmə verməyə başlayır. Təəssüflər olsun ki, gənclərimiz ziyalıları örnək almaq yerinə bu cür fərdləri örnək almağa başlayırlar. Maraqları öz üzərlərinə cəlb etmək üçün, özlərini oriyentasiya problemi olan fərd kimi tanıdırlar. Bir məqamı da qeyd etməliyik ki, qızların da pərəstiş etdiyi insanların bir çoxu homoseksual fərdlər olur. Oğlanlar bu səbəbdən ötrü də özlərinə olduqlarından fərqli adlar verməyə başlayır. Qızların homofob oğlanlardan uzaqlaşması da onlara psixolojik olaraq təsir göstərir.
Sevgi acısı çəkən, xəyanətə uğrayan gənclərdə də bu tip hallar görünür.

- Homoseksuallıqla bağlı olan reklamlar və antireklamlar psixologiyamıza necə təsir göstərir?

- Ən gözəl reklam antireklamdır. Bir çox məşhurlar, vəzifəli şəxslər var ki, onların davranışları, orientasiya problemləri insanlara yansıyır. Sosial şəbəkələrdə homoseksual fərdlərin profillərinə tez-tez rast gəlirik. Onları da məşhur edən, gündəmə gətirən bizlərik. Həmin insanların ünvanına yazılan xoş sözlər digər insanlarda "mən də belə olsam seviləcəm" düşüncəsini yaradır. Sosial şəbəkələrdə izləyici toplamaq üçün ən çox əl atılan üsullardan biri də homoseksuallıqdır.

- Cinsi tərbiyə gələcək həyat üçün nə qədər əhəmiyyətlidir?

- Cinsi tərbiyə uşaqların fizioloji,bioloji və psixoloji durumunda böyük əhəmiyyət kəsb edir. Valideynlər sual verir ki, "mən nə vaxtdan etibarən cinsi tərbiyəyə başlamalıyam?" Valideyn övladını kiçik yaşlarından cinsi tərbiyə etməyə başlamalıdır. Oğlanın atası tərəfindən, qızın anası tərəfindən tərbiyə edilməsi daha məqsədəuyğundur. Acınacaqlı bir haldır ki, günümüzdə cinsi tərbiyə anlayışı çox səhv başa düşülür. Uşaqlarınızı heç zaman dodağından öpməyin. Ümumiyyətlə uşaqdan icazə almadan onu öpmək doğru deyil. Qohum olsa belə. Uşaqları rüşvət qarşılığında sevməyin. Bu əxlaqsızlığa yol açır. Bəzən elə şeylərə şahid oluram ki, dəhşətə gəlirəm. 15-16 yaşlı oğlanları anası yuyundurur. İki uşaq birlikdə oynayırsa, onların oyun şəklinə baxın. Rollara baxın. Biri ata olur, biri ana olur, digəri uşaqları olur. Onlara aldığınız oyuncaqlara diqqət edin. Sosial şəbəkədə biabrçı bir görüntü yayılmışdı. Valideynin övladı üçün aldığı "kukla" nın kişi cinsiyyət orqanı var idi. Bunları bilərəkdən edirlər. Əxlaqsızlıq bilərəkdən insanlara aşılanır. Mən demirəm ki, bütün bu insanların valideyni günahkardır. Xeyr. Ancaq bütün bunlar böyük rol oynayır. Yeniyetməlik yaş dövründə fərd hisslərin ən pik nöqtəsini yaşayır. Bu yaş dövründə əlbəttə yeniyetmələr pornoqrafik videolara və.s meyl göstərir. Özünü və bədənini tanımağa çalışır. Bu zaman valideyn nə etməsi gərəkdiyini bilmir. Başqalarına deyir, qonşunun, tanışın yanında övladını ələ salır. Bu yeniyetmələr üçün özünü, seksuallığını təhqirdir. Onlar belə olan halda özünü təsdiqetmə ehtiyacı duyur. Özünü təsdiqləmə çabası da zorakılığa gətirib çıxarır. Zorakılığın həddən artıq çox səbəbləri var. İntihar edən şəxslərin böyük bir qismi cinsi zorakılığa məruz qalan şəxslərdir. Fikirlərim birmənalı qarşılanmaya bilər. Intihar edən qadının və ya kişinin telefonuna baxın , hər şey aydın olacaq. İnsan durduq yerə nə üçün intihar edər? Əlbəttə onu başqa biri incidirsə, zorakılığa məruz qalırsa. Gün ərzində mənə həddən artıq mesaj gəlir. "Evdən məni evlənməyə məcbur edirlər, ancaq mən deyə bilmirəm ki, əmim oğlu (dayım oğlu) və ya başqası məni cinsi zorakılığa məruz qoyub. Mən bunu ailəmə deyə bilmərəm. Desəm, məhv olaram". Dəfələrlə pasiyentlərim hönkür-hönkür ağlayıblar çarəsizlikdən. Bir çoxu reabilitasiyadan sonra əvvəlki həyatlarını bərpa edə bilirlər. Təəssüflər olsun ki, içlərində psixoloji dəstək alsa belə, intihar edən şəxslər də olur.

- Psixoloq seçimi zamanı nələrə diqqət yetirməliyik?

- Ölkəmizdə yetəri qədər düzgün işləyən mütəxəssis yoxdur. Psixologiya elminin nə demək olduğunu çox az psixoloq başa düşür. Bəzi psixoloqlar elə bilir ki, pasiyentə "oldu keçdi, fikir eləmə", "əmim qızına da eynisi etmişdilər" deməkdən ibarətdir işləri. Bu psixologiya deyil. Psixoloq terapiya zamanı öz şəxsi həyatından, şəxsi maraqlarından, şəxsi təcrübəsindən istifadə edə bilməz. Bizdə isə belə deyil. O zaman psixoloqla qonşunun fərqi nədir? Psixoloqa pul verirsən, o da qonşu ilə eyni sözləri deyir. Psixoloqa müraciət edən insanlar, sağalmaqdan çox psixoloqun pulunu necə ödəyəcəklərini düşünürlər. Budur reallıq. 3 nəfərdən biri psixoloqdur. Məsələn, sosial şəbəkədə cinsi zorakılığa məruz qalan insanlarla işlədiklərini bildirirlər. Insanları aldadırlar. Yalan reklamdan pul qazanırlar. Pasienti intihar edən psixoloq necə rahat yata bilir?

Seksuallıq insanlar üçün çox önəmlidir. Seksuallığı təhqir olunan bir fərd özlüyündə mənəvi dəyərini itirir. İnsanları bir birinə bağlayan səbəblərdən biri də ehtiras hissidir. İnsanlar psixoloqa getməkdən qorxursa, bu biz psixoloqların günahıdır. Psixoloqlar terapiya zamanı dualardan istifadə edirlər. Psixologiya ilahiyyat deyil. Buna görə də pasiyent psixoloq seçərkən diqqətli olmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi