İran çağırış ETDİ: "təyyarələr hava məkanımızdan uzaq dursun!"
İran hakimiyyəti aviasiya şirkətlərindən hərbi təlimlərlə əlaqədar ölkənin hava məkanından yayınmağı xahiş edib.
Azia.az blogu report.az-a istinadən xəbər verir ki, bu barədə Misirin "Extra News" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Misirin Mülki Aviasiya Nazirliyindəki mənbə deyib ki, hərbi təlimlərlə əlaqədar İranın hava məkanında uçuşların təhlükəli olacağı barədə Tehrandan bildiriş alınıb.
Qeyd olunub ki, müvafiq bildiriş dünyanın bütün aviaşirkətlərinə göndərilib.