azia.az
azia.az

Qərblə Belarus və Rusiya arasında aviasiya müharibəsi gedir

28-05-2021, 13:59

Qərblə Belarus və Rusiya arasında aviasiya müharibəsi gedir


Belarus hakimiyyətinin müxalif bloqeri həbs etmək üçün ölkənin hava məkanından uçan sərniin təyyarəsini MiQ-29 qırıcıları ilə məcburi Minskə endirməsindən sonra Qərb ölkələri bir-birinin ardınca sərt qərarlar qəbul edirlər. Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Belarusla Qərb arasında mayın 23-dən başlayan aviasiya müharibəsinə Rusiya da qoşulub. Əlbətdə ki, Belarusun tərəfində...
Qərblə Belarus və Rusiya arasında aviasiya müharibəsi gedir
Belə ki, Avropa İttifaqının aviaşirkətlərə Belarus hava məkanından uçmağı qadağan edən qərarından sonra Rusiya Belarusa dəstək olaraq bu ölkənin hava məkanından yan keçən təyyarələri öz hava məkanına buraxmamağa başlayıb. Xəbər verilir ki, mayın 26 və 27-də Avropa hava şirkətlərinin bir neçə reysi üzrə uçan təyyarələrin Rusiya hava məkanına girişinə icazə verilməyib. Səbəb bu təyyarələrin Belarus hava məkanından imtina etməsi və ondan yan keçməsi olub.



Mayın 26-da Fransanın “AirFrance” hava şirkətinin AF1154 Paris-Moskva reysinin marşrutunun dəyişdirilməsi barədə ricasına Rusiyadan rədd cavabı verilib. Şirkət Moskvaya yaxın günlərdəki uçuşlarını ləğv etməyib, amma mayın 27-də Moskvaya uçmalı olan sərnişinləri Aeroflotun təyyarəsinə yerləşdiriblər. Mayın 27-də Avstriya hava yolları şirkətinin Vyanadan Moskvaya uçan reysi də ləğv olunub. Bu dəfə də Moskva təyyarənin Belarusdan yan ötən marşrutu ilə razılaşmayıb.

“İnterfax” agentliyi bildirir ki, sözü gedən reyslər çarter reysləri olub, beləki Rusiyadan Avstriya və Fransaya pandemiyaya görə dayandırılmış müntəzəm reyslər hələ bərpa olunmayıb. Məhz bu səbədən də çarter reyslərinin hər biri ayrıca olaraq Rusiyanın mülki aviasiya rəsmiləri ilə razılaşdırılmalıdır.

“Reuters” xəbər verir ki, Avropanın aviaşirkətləri mayın 25-dən etibarən Belarus üzərindən uçan reyslərinin marşrutlarını dəyişməyə başlayıblar. Avropanın mülki aviasiya tənzimləyicisi mayın 26-da Belarus hava məkanından yan keçmələri üçün bütün dünyanın aviaşirkətlərinə müraciət edib: "Bu hadisələrlə bağlı yaranmış vəziyyət Belarus hakimiyyətinin beynəlxalq aviasiya qaydalarına riayət etməsinə dair ciddi şübhələr oyadır”.



Müxalif bloqerin havada “ovlanmasına” görə Minskə qarşı təkcə aviasiya qadağaları tətbiq edilmir, ötən gün “Böyük yeddilər”in (G7) xarici işlər nazirləri və Avropa İtttifaqının ali komissarı Belarusa qarşı sərt iqtisadi sanksiyaların tətbiqinə dair ümumi razılığa gəliblər. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ-dan ibarət G7 qrupunun bəyanatında habelə mayın 23-də sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi kəskin təqnid olunub. Bəyanatda Belarus hakimiyyətinə qarşı ən sərt sanksiyaların nəzərdən keçiriləcəyi bildirilir.

Almaniyanın xarici işlər naziri Heyko Maas deyib: "Aydın məsələdir ki, biz xırda sanksiyalarla addım atmayacağıq, Belarusdakı iqtisadi strukturu və maliyyə tranşlarını sanksiyalarla əhəmiyyətli dərəcədə hədəfləyəcəyik”.

Məlumatlara görə sanksiyalar Belarusun neft emalı sektorunu, mineral gübrə sektorunu və digər aparıcı sənaye sahələrini əhatə edə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi