Tayvanda ərinin ailəsi ilə yaşayan qadın qayınanasının yataq otağına gizli kamera yerləşdirdiyini görüb. Oğlunun və gəlininin özəl görüntülərini qonşularına göndərən qayınana nəvəsinin necə baxıldığını görmək üçün belə bir şey etdiyini deyərək özünü müdafiə edib.
Tayvanda baş verən hadisə insanı şoka salıb. AZİNFORM.AZ-ın məlumatına görə, ana gəlini və oğlunun yataq otağına gizli kamera qoyub, onların özəl görüntülərini lentə alıb və qonşuları ilə bölüşüb.
Ötən il Tayvanda ailə quran gənc cütlük bəyin ailəsi ilə yaşamağa başlayıb. Lakin gənc qadın yataq otağında kamera olduğunu görüb. Qonşu gəlinə “Paltarını çıxaranda f— kimi görünürsən” dedikdə hər şey üzə çıxdı. Bu sözlərdən sonra gənc qadın qonşuya təzyiq göstərib. Qonşu gəlinə etiraf edib ki, qayınanasının yataq otağına kamera qoyub və görüntüləri bütün qonşulara göndərib.
NƏVƏSİ ÜÇÜN BƏHANƏ EDİB
Qaynana oğlunun və gəlininin yeni övladlarının olduğunu, uşaq böyütmələrini bilmədiklərindən körpələrini izləmək üçün yataq otağına gizli kamera qoyub.