azia.az
azia.az

Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO

3-02-2022, 10:12

Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEOÖtən gün Xalq artisti Alim Qasımovun nəvəsinin oğlan toyu baş tutub.

Azia.az xəbər verir ki, sənətçinin nəvəsi Fatimə həmkarı Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə həyatı qurub.


Alim Qasımov nəvəsi Fatiməni çıraq başına fırladıb. Nəvəsini gəlin köçürən muğam ifaçısı kövrələrək göz yaşlarını saxlaya bilməyib. Ümidlə Fatimənin toy mərasimi şəhərin dəbdəbəli məkanlarından birində keçirilib.

Məclisdə bir sıra şou-biznes nümayəndələri də iştirak edib. Onlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edərək Xalq artistinin nəvəsini bu şad günü münasibətilə təbrik ediblər.

Pandemiya səbəbilə məclisə dəvət olunan qonaq sayına məhdudiyyət qoyulub. Buna görə də Natiq Şirinov oğlu Ümidə hələ iki gün toy edəcək. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib.




Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Alim Qasımovun nəvəsinin oğlan toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi