İsrail İordan çayının Qərb sahilində terrorçuların məskunlaşdığı məscidə zərbələr endirib
İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) birgə əməliyyat keçirərək Fələstinin Cenin şəhərindəki (İordan çayının Qərb sahili) Əl-Ənsər məscidinə hava zərbələri endirib.
“Report” xəbər verir ki, bu barədə adı çəkilən qurumlar birgə
Bildirilib ki, əməliyyat HƏMAS və “İslami Cihad” təşkilatlarının üzvlərinin zərərsizləşdirilməsi məqsədilə keçirilib. Bəyanata əsasən, onlar yaxın vaxtda İsrailə zərbə endirməyi planlaşdırırdılar.
Qeyd olunub ki, İsrail qüvvələrinin zərbələri yaraqlıların yerləşdiyi məsciddəki yeraltı tunelə endirilib. Məscidin terrorçular tərəfindən operativ qərargah kimi istifadə olunduğu diqqətə çatdırılıb.