Xamenei İordan çayının qərb sahilini silahlanmağa çağırdı
Xamenei İordan çayının qərb sahilini silahlanmağa çağırdı
İranın Ali dini lideri Ayətullah Əli Xamenei İordan çayının Qərb sahilində əhalinin Qəzzadakı kimi silahlanmalı olduğunu deyib.
“Anadolu” agentliyi bildirir ki, bu barədə Xamenei “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, fələstinlilərin yaşadığı çətinlikləri azalda biləcək yeganə amil gücdür: “Güzəştə getmək bu qəsbkar quruluşun zalımlığını cüzi də olsa azaltmayacaq”.
Virtualaz.org xatırladır ki, Fələstin İsrail hökumətinin bu ölkənin torpaqlarını öz ərazisinə birləşdirmək niyyəti fonunda İsrail və ABŞ-la bütün sazişləri pozması barədə qərar qəbul edib.
Fələstin milli administrasiyasının başçısı Mahmud Abbas "Al-Cazirə" telekanalının birbaşa yayımında deyib: "Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bü gündən ABŞ və İsrail hökumətləri ilə təhlükəsizliklə bağlı olan razılaşmalarla üzərinə götürdüyü bütün öhdəliklərdən çıxır".