azia.az
azia.az

Ukraynada neft məhsulları ÇAYA TÖKÜLÜR-DƏHŞƏT

26-12-2022, 05:59

Ukraynada neft sızması baş verib. Hadisə nəticəsində Dnestr çayı çirklənib. Bu barədə bazar günü İvano-Frankovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Svetlana Onişçuk öz “Telegram” kanalında yazıb. Məlumata görə, fövqəladə hadisə ötən gün baş verib. Sızma Lvov vilayətində qeydə alınıb və daha sonra Dnestr çayının çirklənməsi qonşu bölgədə, Qaliç şəhərində aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri artıq sızmanın və onun nəticələrinin aradan qaldırılmasına başlayıb. Yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri hadisə barədə məlumatlandırılıb. Vəziyyət nəzarətdə saxlanılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi