Bu EKOLOJİ TERRORUN bədəlini kim(lər) ödəyəcək? - İsmayıllıda DƏHŞƏT DOLU MƏNZƏRƏ...
Hörmətli izləyicilər dünənki sayımızda İsmayıllı rayonu aşıqbayram gölündən reportaj hazırlamışdıq. Nəzərinizə çatdırmaq istəyirik ki, dünən gölün quruması nəticəsində tonlarla irili-xırdalı balıqlar məhv edildi. Niyə məhv edildi? Deyirik, ona görə ki, bu heç də yayın istisindən, yaxud quraqlıqdan yaranan bir məsələ deyildi. Burada şəxsi qərəz və korporativ maraqlar bunca nəticə hasil etdi.
Burada prezidentin sahibkarlara kömək etmək lazımdır tövsiyyəsi qulaqardına vuruldu. Burada ekoloji fəlakət törədildi və nəticə fotolar və Videolardan aydın şəkildə görünür.
Əgər bu problemin kökündə həqiqətən təbiət və çaylardakı suyun azalması dururdusa, bəs niyə cəmisi 7-8 saat ərzində gölə su buraxıldı və göl az qala su ilə yarı oldu? Deməli, əsas həqiqət başqadır. Dəməli, bu məsələ KİV-in gündəmində olduğu üçün dərhal çaylarda suyun səviyyəsi qalxmış və göl dolmağa başlamışdır. Ancaq nə olsun ki, ortalığda gizlədilməsi mümkün olmayan reallıq var.
Gölün bütün sahili ölmüş balıqların iylənmiş leşi ilə doludur. Bəli, bu gün ölkəmizdə dövlət qurumları qanunları pozur, insanları dövlət və dövlətçilikdən narazı salır və kütləvi etirazlara sövq edirlər. Bunun bariz nümunəsi İsmayıllı aşıqbayram gölü. Vətəndaşın çoxillik müqaviləsi və sair sənədləri, icazəsi əlində ola-ola ona külli miqdarda ziyan vurulur.
Ərazidə işləyən şirkət isə heç nə olmamış kimi ortalıqda gəzir. Bu tipik həyasızlıq deyil bəs nədir?
Məsələ burasındadır ki, bütün bunlar 6-saylı regional ekologiya idarəsinin əməkdaşları tərəfindən müşahidə olunur və göz yumulur. Etibarlı mənbə bildirir ki, bu işlərdə suvarma sistemləri idarəsi və ekologiya idarəsi bir ələ vururlar. Çünki,əldə etdikləri gəlirləri birlikdə bölürlər. Biz hansı gəlirdən söhbət getdiyini deyə bilmərik, amma real kadrları,həm fotolar, həm də videolar vasitəsilə ictimaiyyətə təqdim edirik.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və dövlət qurumlarının da mövqeyini dərc etməyə hazırıq.
Azinfo.tv-Kendtv.info