azia.az
azia.az

Doğum evlərini hədəf alan rus casusları saxlanıldı - FOTO

12-12-2022, 19:43


Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat xidməti Donetsk vilayətində raket zərbələrinə kömək edən Rusiya kəşfiyyat şəbəkəsinin ifşa olunduğunu və zərərsizləşdirildiyini açıqlayıb.
 

Bu barədə idarənin mətbuat mərkəzindən məlumat verilib.


Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəlilər Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin yenidən yerləşdirilməsi ilə bağlı kəşfiyyat məlumatı toplayıblar. Bundan əlavə, Rusiya kəşfiyyat şəbəkəsi elektrik yarımstansiyalarının və sosial obyektlərin, o cümlədən məktəblərin, doğum evlərinin və tələbə yataqxanalarının yerləşdiyi yerləri işğalçılara təhvil verib.



Saxlanılanlar arasında işğalın ilk günlərində "MGB DPR" tərəfindən işə götürülən cəbhəyanı Toretsk şəhərinin üç sakini var.



"İşğalçılar əldə etdikləri məlumatdan Ukrayna şəhərlərinə hədəflənmiş raket zərbələri hazırlamaq və həyata keçirmək üçün istifadə etməyi planlaşdırıblar. Qadınlar Rusiya pasportları ilə təmin olunub. Pasportlardan düşmənin tapşırıqlarını uğurla yerinə yetirdiyi təqdirdə Rusiyaya getmək üçün istifadə etmək planlaşdırılıb. Kəşfiyyat məlumatları toplamaq üçün Agentlər şəxsən yaşayış məntəqələrinin ərazisindən yan keçərək elektron xəritələrdə işarələr qoyublar”- Ukrayna Təhlükəsizlik Xidmətinin verdiyi açlqlamada deyilir.

Toplanmış kəşfiyyat məlumatları işğal altındakı Horlivkada yerləşən məhkəməyə təhvil verilib.



Qadınlar Cinayət Məcəlləsinin 111 - "Hərbi vəziyyətdə dövlətə xəyanət" maddəsi ilə təqsirli bilinib. Məhkəmə Toretsk sakinləri barəsində həbs-qətimkan tədbiri seçib. Əgər qadınların günahı məhkəmə tərəfindən sübuta yetirilərsə, onları 15 il və ya ömürlük həbs cəzası gözləyir.

 

 

Xanım



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi