azia.az
azia.az

Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri

15-02-2022, 14:18

Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri
ABŞ daxili araşdırmalardan-xarici ölkələri hədəfə alan qlobal araşdırmaçı şəbəkəyə keçid necə baş verib?

Ölkədaxili problemləri əhatə edən araşdırmaçı jurnalistika bir janr kimi Amerikada yaranıb. Prezident Teodor Ruzvelt jurnalistlərlə söhbətində (1906) yalan və hər şeyi qara tonda yazanları "muckraker”-"palçıq, zibil eşənlər” adlandırıb. Media tədqiqatçısı Anna Şifrin araşdırmaçıları "Səlibçi jurnalistlər” (Crusading journalists) adlandırıb. Sitat:"Səlibçi jurnalistlər” Amerika siyasətində əsas rol oynayıb”.(Global Muckraking: 100 Years of Investigative Journalism from Around the World, 2014)

Mövcud olduğu 100 ildə yalnız yarandığı ölkənin- ABŞ-ın problemlərini əhatə edən araşdırmaçı jurnalistika ötən əsrin sonlarından tamamilə yenidən "doğulub”. Ayrı-ayrılıqda çalışan azsaylı jurnalistlərin təşkilatlandırılmasına başlanılıb. Məqsəd yenə də ölkədaxili probelmləri, birlikdə araşdırmaq, tənqid hədəfi olan güclü dairələrin əks-tədbirlərindən birlikdə qorunmaq olub.

Lakin yeni geosiyasi və informasiya əsrinin çağırışları fonunda ABŞ siyasi rəhbərliyi proseslərin gedişatını dəyişdirməyə nail olub. İkiqütblü dünyanın çökməsi, qloballaşma prosesləri, İKT inqilabı və sosial şəbəkələrin ortaya çıxması, yaranan görünməmiş texnoloji imkanlar araşdırmaçılığı yeni geostrateji qüvvəyə çevirib. Xüsusilə müstəqil jurnalist Julian Assanjın Wikileaks layihəsi, ABŞ başda olmaqla, Qərb dövlətlərinin yüksək dairələrinin siyasi korrupsiya, ABŞ-ın hərbi cinayətləri, diplomatik sirlər və cəsus qalmaqalları barədə tam məxfi hesab ediləcək məlumatların sızdırılması nəticəsində böyük nüfuz itkisinə məruz qalması yeni informasiya müharibəsi kanallarına ehtiyac yaradıb. İndiyə qədər başlıca geosiyasi təzyiq vasitəsi kimi, insan hüquqları ritorikasının səmərəsinin azalması, ikili standartların aşkar təzahürü fonunda "antikorrupsiya hərəkatının” yaradılmasına, ABŞ-ın dünyada hərbi-siyasi və informasiya hegemonluğunun təmin edilməsinə qərar verilib.

ABŞ dövlətinin təhlükəsizlik strategiyasında Rusiyanın hibrid təhdidlərə münasibətdə tətbiq etdiyi ifadə,hazırladığı yeni şüar/doktrina: "Sındır.Sızdır.Parçala” kimi müəyyən edilib. Bu əvvəlki əsrlərdəki "Parçala və hökm sür” siyasətinin rəqəmsal əsr üçün adekvat şəklə salınmış formasıdır.


Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri
Nəticədə, araşdırmaçı jurnalizmin yeni-qlobal miqyasda təşkilatlanması, ABŞ-ın dünyada sərf etməyən "rejimlərin dəyişikliyi” texnologiyasının, "yumşaq və sərt gücün sintezi olan hibrid müharibənin reallaşdırılma vasitəsinə çevrilməsi baş verdi. Bu sahədə əsas aktorlar, bir tərəfdə: Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ), ABŞ Dövlət Departamenti, USAİD (ABŞ Beynəlxalq Əməkdaşlıq Agentliyi), NDİ (Milli Demokratiya İnstitutu),NED (Demokratiya Fondu), Soros fondu, digər tərəfdə, İT nəhəng şirkətlər: Silkon vadisinin meqa-donorları sayılan investisiya maqnatlarının, Omidyar Şəbəkəsi (Omidiar Network) və s. işbirliyinin əsası qoyulur. "Qlobal araşdırmaçı jurnalist” adlanan mütəşəkkil şəbəkə, dünya siyasi xəritəsini, regionlar üzrə (Ərəb ölkələri, Latın Amerikası, Asiya ölkələri, Mərkəzi və Şərqi Avropa, MDB məkanı və s.) filiallar-dayaq nöqtələri təsis edilir. ABŞ daxili problemlərlə bağlı araşdırmalar tamamilə bir kənara qoyuldu.
Beləliklə, yeni missiyası - "Xüsusi Tapşırıqla Araşdırma” adlana biləcək transmilli şəbəkə yaradıldı. "İnsan hüquqları” ilə yanaşı, "anti-korrupsiya” ritorikası altında informasiya müharibəsinə, "offşor qalmaqalları” silsiləsinə, məlumatların sındırılması, sızdırılması ilə ölkələrdə xaos yaratmağa, iqtidarların devrilməsinə start verildi.

ABŞ-da ilk ölkədaxili araşdırmalar: "Pentagon papers”dən-xarici hədəfli "Pandora papers”-ə gələn yol

Yuxarıda sadalananlar sırasında yalnız 1-cisi; 1989-cu ildə yaradılmış "İctimai Dürüstlük Mərkəzi”-istisna olaraq, ABŞ daxili gerçək araşdırmaçı missiyasına cavab verib. Yalnız ABŞ siyasi-hərbi, iqtisadi və s. elitasının səs-küylü seçki saxtakarlıqlarını, hərbi və korrupsiya cinayətlərini ifşa edilən Çarlz Lyuis (Charles Lewis) fəaliyyətində jurnalistikanın yüksək standartlarına: obyektiv-faktoloji mənbələr əsasında araşdırmaların müəllifi olub. Vaşinqtondakı evində yaratdığı Mərkəz əsil dürüstlük nümunəsi kimi - qanunsuzluqlarla barışmaz, gerçək və obyektiv araşdırmaçı jurnalist qismində böyük nüfuz qazanıb.
Bir neçə misal: Ç.Lyuis-11 sentyabr hadisələri sonrası C.Buş və komandasının İraqa hücumu əsaslandırmaq üçün ən azı 935 yalan bəyanat verməsini faktla sübut edən: "935 Yalan: Həqiqətin Gələcəyi və Amerikanın Mənəvi Dürüstlüyünün Çökməsi”( 935 Lies: The Future of Truth and the Decline of America’s Moral Integrity) araşdırmasını çap edib. 2003 -cü ildə İraqa hücum zamanı tarixdə ilk dəfə ABŞ hərbi sənaye kompleksinin məxfi kontraktlarını, "Patriot II”qanununu müharibə gedişində ictimailəşdirib. C.Lyuisin digər araşdırmalarının sadəcə adına baxmaq kifayətdir: (Prezidentin Satın alınması (1996); Konqresin Satın alınması (1998)(The Buying of the President(1996);The Buying of the Congress 1998); "Qətl: Müharibə biznesi”( "Killing: The Business of War”) və.s.
Xüsusi vurğulanmalı məqam budur ki, məhz Ç.Lyuis 1997-ci ildə Mərkəzinin nəzdində "Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimunu”(AJBK-İCİJ) layihəsini yaratmağa qərar verir. Onun məqsədi bütün dünyadan jurnalistlər və sosioloqların birlikdə ədalət, qanunsuzluq və müstəqil jurnalistika tendensiyalarını təşkil etmək olub.

Lakin, media və texno-inqilab əsrinin gəlməsini xəbər verən, J.Assanj və onun ilk qlobal "informasiya sızdırma”(leaks) - Vikiliks əməliyyatının baş verməsi, ABŞ siyasətinin yeni nüfuz itkisi, əks tədbir kimi, bu (sızdırma) modeldən istifadə edərək, araşdırmaçılığı ölkə xaricinə çıxarmaq kimi strategiya vermiş oldu.
Burada isə Çarlz Lyuisin obyektivlik örnəyi kimi ictimai rəydə qazandığı imici hər şeydən vacib idi. Beləliklə, ABŞ siyasi və xüsusi xidmət orqanları, İT nəhənglərinin ortaq məsləhətləşmələri nəticəsində (təfərrüatları ilə məlum olan mənbələr mövcuddur) Ç.Lyuisin yüksək nüfuzundan sui-istifadə etməyi qərara alır. Yeni və başqa deyil, məhz Ç.Lyuisin 1997-ci ildə yaratdığı İCİJ-nəzdində-qlobal maliyyə kəşfiyyatı, informasiya sızdırma, texnoloji və məxfi fəaliyyətləri sintez edən qurum- OCCRP yaradıldı.

Paralel olaraq, bu şəbəkənin onu ilk təşkilatlandıran Ç.Lyuisin-barışmazlıq və obyektivlik nümunəsi sayılan jurnalizmin varisi olduqları görüntüsü yaradılıb.
Reallıqda isə, Ç.Lyuis özünün ofşor sənədlərinə - mənbəyi göstərilməyən məlumat sızıntısına mənfi münasibətini açıqlayıb.
Sitat: "ABŞ-da qeydiyyatdan keçmiş banklar, vergi qurumları "qeyri-qanuni" və ya bəlkə də birbaşa qanunsuz fəaliyyətlə məşğul olurlarsa, bu ilk növbədə ABŞ hökumətini, Konqresini və Vergi rəsmilərini narahat etməlidir. Amma əksinə, hamı nədənsə başqa tərəfə baxır. Bu qlobal problemdir.”

Araşdırmaçı jurnalist şəbəkəsinin xronikası, xüsusiyyətləri:

1989-cu ildə ölkədaxili araşdırma profilli "İctimai Dürüstlüyə dəstək Mərkəzi”("Center for Public Integrity”(CPI) yaradılıb (Direktor: Charles Lewis).
1997-ci ildə onun nəzdində Çarlz Lyuis tərəfindən ortaq fəaliyyət platforması kimi "Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu (International Consortium of Investigative Journalists (ICIJ) layihəsi yaradılıb. 2000-ci illərdən ABŞ rəhbərliyi təşkilatın profilini tamamilə dəyişib (120 ölkədə 600 üzv; Direktor (Gerard Ryle)
2003-cü ildə bənzər "Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi”ni (Global Investigative Journalism Network (GIJN) yaradılıb (82 ölkədə 211 üzv;Direktor-David Kaplan);
Eyni vaxtda: 2004-cü ildə bütün qlobal şəbəkənin maliyyələşdirilmə kanalı qismində ''Jurnalistikanın İnkişafı Şəbəkəsi'' (The Journalism Development Network, Inc. (JDN), 2006-cı ildə onun tabe olduğu qlobal miqyaslı "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (Organized Crime and Corruption Reporting Project (OCCRP) yaradılıb (80 ölkədə 160 jurnalist; 8 direktorun biri Azərbaycanlı; 7-si ABŞ-dan);
2006-cı ildə OCCRP ilə eyni vaxtda Milli Demokratiya Fondu (National Endowment for Democracy) tərəfindən "Beynəlxalq Mediaya Yardım Mərkəzi” (The Center for International Media Assistance (CIMA) yaradılıb (Direktoru- Marqarita Sallivan).

Xüsusiyyətlər:

Qlobal şəbəkənin bir mərkəzdən idarə edilən və bütün planeti əhatə edən vahid araşdırmaçı "hörümçəyi” olduğuna dəlalət edən cəhətlər: hamısının sponsor, himayədar və maliyyə mənbələrinin eyni olmasıdır. Yalnız adları müxtəlif, məqsədlər eynidir. Eyni "araşdırmaçılar” bütün təşkilatların idarə heyəti və üzvlüyündə təmsil olunur.

Daha ilginc olan məsələ isə, guya çoxsaylı, müxtəlif adlı, bir neçə təşkilat görüntüsü yaradan şəbəkənin əslində bir təşkilat: OCCRP-olmasıdır.
Mahiyyət bundan ibarətdir ki, ABŞ xüsusi xidmət orqanları ilə işbirliyində, qanunsuz yollarla əldə edilən məlumat-korrupsiya qalmaqalları, növbə ilə gah bir təşkilata, gah isə digərinə verilir, informasiya hücumu əməliyyatları başlayır. Bu-proseslərin arxasında duran gerçək qüvvə və məqsədlərlə bağlı ictimai rəyin aldadılmasına xidmət edir.

Dolayısı ilə bu "manevrlər” guya şəbəkənin müxtəlif, obyektiv və çoxsaylı olması görüntüsünü yaratmaqla, maliyyə donorlarında çoxlu vəsait qoparılması, məlumatın mənbəyinin gizlədilməsi, onu sızdıran insayder-hakerlərin, ümumilikdə "ana” təşkilatların hüquqi təqibdən qorunması və s. məqsədini güdür.
Fəaliyyət mexanizmində diqqəti cəlb edən digər məqam: "araşdıran-haker, reportyor və s.-in” yalnız "öz dövlətləri əleyhinə çıxanlar” prinsipi ilə əməkdaşlığa cəlb edilməsi birmənalı olaraq sübut edir ki, bu fəaliyyətin müstəqil jurnalistikaya, ədalət prinsiplərinə heç bir dəxli yoxdur.

OCCRP (''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi'') nə üçün Azərbaycanı hədəf seçməklə yaradıldı?

Dünyanın 70 ölkəsində (!?) araşdırmaçı şəbəkəni idarə edən OCCRP-in 8 təsisçi direktorlarından 1-i (individual trustee, director) "Azadlıq”radiosundan istefa verərək, ABŞ-da xeyli müddət data jurnalizm təlimləri keçən Xədicə İsmayılova seçilir.
OCCRP-nin Azərbaycanı xüsusilə hədəf almaqla yaradılması, X.İsmayılovanın burada ən yüksək vəzifəyə təyin edilməsi ilə sübut olunur. Həmçinin, X.İsmayılova rəsmi olaraq bütün qlobal qurumlarda təmsil olunur. OCCRP-in ölkəmizə qarşı pozuculuq fəaliyyəti, onun himayəçiləri və s. ölkə mediasında ətraflı təhlil edilib. (cədvəldəki direktor X.İsmayılovanın şəxsi ailə xərclərinədək ABŞ tərəfindən qarşılanması ilə bağlı ABŞ maliyyə nazirliyinin sənədidir).


Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri

Faktlar göstərir ki, sadalanan bütün şəbəkələrin sütunu, "nüvə mərkəz”- OCCRP-dır. Eynilə bu fikri, Panama və Pandora dosyesində çalışanların əksəriyyətinin OCCRP üzvlüyü sübut edir. Ad guya İCİJ və jurnalistlər olsa da, əksər araşdırmaları aparan haker-developerlərin çoxu məhz OCCRP-dəndir:

Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri

Qlobal şəbəkənin struktur və fəaliyyət sxemi isə gerçəklikdə nüvə də, filiallar da yalnız OCCRP olmaqla belədir: "OCCRP-ın rəhbərliyi-İdarəetmə mərkəzləri-Reportyorlar”.


"Anti-korrupsiya”dosyeləri və ofşorlara hücumlar silsiləsinin başlaması

Araşdırma-dosyelərin adlarında "P” hərfinin çoxluq təşkil etmə səbəbi, qeyd edildiyi kimi, özünü bu silsilədən ilk olan obyektiv jurnalistikanın - D. Elsberqin ilk "Pentagon paper” dosyesinin varisi, davamçısı kimi görüntünü yaratmaqdır. Qeyd edildiyi kimi, "Pentaqon sənədləri”ində E.Elsberq hərbi sənayedə korrupsiya və cinayətlərini sübut etmək üçün obyektiv mənbə kimi-7000 sənədin fotokopiyasnı çəkmək üçün bir neçə gün yuxusuz qalıb.Burada haşiyə çıxaraq, onu da vurğulayaq ki, araşdırmaçl jurnalistlərin öz həmkarları olan Vikileaks layihəsinin müəllifi ilə bağlı tam susqunluğuna baxmayaraq,E.Elsberq Julian Assanjın həbsinə qarşı kəskin etiraz edən şəxslərdən olub.

Beləliklə, özünün Pentaqon sənədlərinin varisi olması görüntüsünü yaratmaq istəsə də, sonrakı "P” hərfi ilə başlayan, "ofşor dosyelərinin” mənbələri sələfindən fərqli olaraq, heç zaman açıqlanmır. Adları guya jurnalistlər olan, reallıqda isə developer-hakerlərin Panama, Paradise, Pandora sənədləri, Pegasus qalmaqalı adlı mənbəsiz informasiya sızdırma fəaliyyəti ilə əvəzlənib.

Yuxarıda ümumi xüsusiyyətlər qeyd edildi. Fəaliyyətin mexanizmlərinə gəldikdə: sındırılmış məlumatlar, konkret ölkələrdə, "rejim dəyişikliyi müharibələri” (regime change wars) planına uyğun, məqsədyönlü şəkildə, siyasi təqvimdə baş tutacaq mühüm hadisələrin ərəfəsində sinxron informasiya müharibəsi şəklində reallaşdırılır. ABŞ-a sərf etməyən, müstəqil siyasət yürüdən iqtidarlara qarşı hibrid müharibə əməliyyatları işə salınır.
"Ofşor dosyeləri” ilə OCCRP real mənbə göstərilmədən, insayder-xəbərçi (whistleblower) mənbəli araşdırmaçılığa başlayıb. Burada jurnalist-insayderləri hackerlər əvəz edir. Rəqəmsal-data jurnalistika adı altında araşdırmaçılara hakerlik və sındırılmış məlumatların oxunma metodları (data digging, scraping, scooping, haking, dredging, data mining və s.) təlimləri öyrədilir.Təşkilatın saytında "üvlərimiz” bölməsində jurnalist tapmaq çətindir. Saytda əksəriyyətin vəzifəsi: "developer, tech redaktor, coder, hacker”-dir. Jurnalistləri haker hücumlarının əvəzləməsinə, araşdırmaçıların "xaç atası” Çarlz Lyuisin münasibəti maraqlıdır.

Sitat: "Panama Sənədlərində heç kim mənbənin harada olduğunu dəqiq bilmir. Bu müdiriyyətdən incimiş işçi və ya insayderini tanıyan, yaxud ifrat solçu, anarxist bir hacker də ola bilər. Avropada bir konfrans zamanı təşkilatçılar məni qəsdən bir qrup hakerlə əyləşdirdilər. Mən hakerlərin satılmış yaxud da cinayətkar ola biləcəyi fikri ilə razıyam. Onların bəzisi nəyisə yanlış hesab etdiyi, digəri özünə münasibətdən incidiyi üçün məlumat sızdırır."

Yeni qlobal geosiyasi layihədə kimin jurnalist olduğunu tapmaq çətindir. Amma jurnalist adı altında bütöv bir texnoloji İT mütəxəssislərin, məxfi özəl maliyyə kəşfiyyat agentlərinin qlobal işbirliyi təmin edilib. Beləliklə, artıq dünyada fərdi məlumatları, kredit kartlarını və s. oğurlayan tək hakerlər deyil, araşdırmaçı adı altında mütəşəkkil kiber ordular,veb briqadalar,saxta xəbər istehsal edən fabriklər: OCCRP, İCİJ və s. akronimli təşkilatlar gecə-gündüz çalışmaqdadır.
Araşdırmaçı şəbəkədə bir məqam diqqəti cəlb edir. OCCRP, eləcə də onun törəmələri hər birimizə maliyyə fırıldaqçılığı tarixindən yaxşı məlum olan, məşhur "maliyyə piramidası" sxemləri ("Ponzi-olmayanı satmaq”, saxtakarlıq) modelinin bariz nümunəsidir. Bu şəbəkə, həm də hədəf aldıqları ofşor şirkətlərin də "əkiz" modelidir. Təsadüfi deyil ki, tarixdəki ən böyük yalan və maliyyə fırıldağı nümunələri də məhz ABŞ-da yaranıb (Ç.Ponzi, Bernard Madoff). Beləliklə, informasiya müharibəsində saxta xəbərin əsas xammal olduğu hazırkı dövrdə araşdırmaçı "piramida”- şəbəkə "olmayanı satmaq” sxemi ilə "fake news”-xəbərləri strateji xammala çevirə bilib.

Nə üçün Azərbaycan? Milyardların xərcləndiyi qlobal şəbəkənin əsas hədəfi- dövlətimizdir

Paradoks yaxud təsadüfmü- qlobal şəbəkənin yaradılması, Prezident İlham Əliyevin ali rəhbərliyə gəldiyi illərlə eyni vaxta "təsadüf” edib.
Bu çoxsaylı mətləblərə aydınlıq gətirir. Dünya coğrafiyasında ölkələri xaosa qərq edən "rəngli inqilabların” dalğası - ümummilli lider Heydər Əliyev siyasətinin davamına səs verən xalqın iradəsi ilə məhz Azərbaycanda dəf edilib. Bu fakt beynəlxalq tədqiqatlarda vurğulanıb. Bu və digər ciddi səbəblərdən ABŞ-ın yeni informasiya/media strategiyasının başlıca hədəfi kimi müstəqil xarici siyasət yürüdən Azərbaycan dövləti seçilib.
Yaradılan QLOBAL şəbəkəyə Xədicə İ. direktor təyin edilir (Sızdırılan məlumatların oxunması, hökmən olaraq, ölkəni tanıyan agent-araşdırmaçının olmasını tələb edir). Ölkədə dövlətçilik əleyhinə data jurnalistika təlimlərinə start verilir. Neçə ölkələri xaosa qərq edən, İslandiyada Panama sənədləri nəticəsində iqtidarı devirməyə nail olub parlamentdə çoxluq qazanan, Assanj komandasına xəyanət edib OCCRP-yə keçən, 8 direktordan biri olan, haker-developer, İslandiya "Pirat”partiyasının sədri (hazırda sədr Torhildir Sunnadır) və qlobal anarxist hərəkatın rəhbəri Smari Makkarti, OCCRP baş texniki direktoru (sızdırma əməliyyatlarına rəhbərlik edən) Paul Radu və qeyriləri gəlib Bakıda və Mingəçevirdə şəxsən təlimlər keçir.

Tezliklə araşdırmaçılığın "P” hərfi ilə başlayan qalmaqallar mövsümünə start verilir. Hər dəfə məhz Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində riyazi dəqiqliklə, növbəti iftira və böhtan sızdırma kampaniyaları başlayır. 2013-cü ildə dövlət başçımızın antikorrupsiya ritorikası ilə "İlin adamı”elan edilməsi, eyni vaxtda "Kürü əməliyyatı” qarayaxmasının başlanması, bu günə qədər fasiləsiz "çeynənməsi”, ona sənədli və hətta (!?), Netflixdə bədii film çəkilməsi və s. baş verir. Bütün bunlar Azərbaycan siyasi liderinə xalqın sarsılmaz inamına zərrə qədər təsir etmədikcə, qlobal şəbəkə daha çirkin yollara əl atmaqdadır.
2017-ci ildə Panama sənədlərinin sızdırılmasından bəri 24/4 rejimində informasiya müharibəsinə başlanılıb. Bu müharibədə "Suriyadan sonra Azərbaycan” strateji məqsədi qoyulub. Ölkədaxili 5-ci kalonun səfərbər edilməsinə başlanılıb.

Sitat: "Dünya mediasında Ilham Əliyevin bu qədər geniş bir araşdırma qrupunun ilkin və əsas hədəfinə çevrilməsi onu deməyə əsas verir ki, ona qarşı dünyada geniş bir konsorsium fəaliyyət göstərir. Ilham Əliyevi oyunun ən zəif bəndi kimi, ilkin addımda sıradan çıxarılması nəzərdə tutulub. Azərbaycan hakimiyyətinin hədəfdə olması uzun zamandır. "Suriyadan sonra Azərbaycan gəlir” proqnozlarını yada salır. Deməli, Ilham Əliyevin yeni dünyada yeri görünmür” (Seymur Həzi).

Başlanan hibrid müharibənin bəzi əməliyyatlarını sadəcə sadalamaqla görə bilərik ki, Azərbaycana qarşı qlobal mərkəzdən idarə edilən, bütün dünyadakı filiallardan, dünya erməniliyi tərəfindən xüsusi dəstəklənən miqyaslı nəhəng hücumlar səngimək bilmir. Dövlət başçımızın qlobal tribunalarda hər çıxışı bu müharibəyə qarşı aşkar döyüş olmaqla onu dəf etməyə xidmət edir.

Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev Almaniyada şəbəkəyə daxil olan qurumlardan biri - Almaniyanın Xarici Siyasət və Təhlükəsizlik İnstitutunun rəhbəri Volker Perthes, Alman bazarında mühüm investor olan Maykl Dikmana müraciət edərək: "Misir və Tunisdə iğtişaşları gördük. Azərbaycan prezidenti də buradadır, Siz Mübarəkə qədərki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə qoyacaqsızmı?” Dövlət başçımız sualı özü cavablandırdı: "Kimsə Azərbaycanda Misirdə baş verən hadisələri görmək istəyirsə, sizi əmin edirəm- arzu etməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz!''

Nəinki 2013-cü il, prezident seçkilərinin heç birində heç bir nəticə əldə edə bilməyən, Azərbaycanda sabitliyi poza bilməyən qlobal şəbəkə daha çirkin yollara əl atır. Reallıqda xalqımızın öz liderinə sarsılmaz etimadı - OCCRP adlanan beynəlxalq haker, maliyyə kəşfiyyatı, casusluq və hi-tech işbirliyinin daha da "quduzlaşmasına” səbəb olub.

"Malta jurnalisti Dafna Qaruana Qaliziya” işində ölkəmizi ittiham etmək, Dafnanın 3 oğlu, 1 oğlunun həyat yoldaşı, əri üçün ayrıca şəbəkə təsis edildi. Bu şəxslər hamısı OCCRP və İCİJ üzvüdür (Metyu Qaliziyanın Azərbaycana qarşı təhqirli statuslarına görə FB rəhbərliyi tərəfindən səhifəsi dəfələrlə bloklanıb). Həmçinin Metyu Qaliziya xüsusi haker təlimlərini keçir və məumat sızdırma əməliyyatlarına rəhbərlik edir.
İnformasiya müharibəsinin növbəti əməliyyatı - "Laundramat” böhtan kampaniyası başladıldı. Sonra, Fransa ermənilərinin muzdlu jurnalistləri, ölkəmizə qarşı xüsusilə qərəzli olmasına görə Bakıda qısamüddətli həbs edilən, "diktator termini” ətrafında qalmaqal yaradan, Azərbaycanın məhkəməyə verdiyi Lorant Riçard üçün ayrıca "Forbidden stories” layihə şəbəkəsi yaradıldı; Riçard 2021-ci ildə "Pegasus” qalmaqalı layihəsində ölkəmizin adının hallandırılmasında xüsusi fəallıq etdi. Birmənalı olaraq, diqqətdə saxlamalıyıq ki, söhbət bir güc mərkəzindən idarə edilən, həmin mərkəzdə sındırılan məlumatların müxtəlif şəbəkə adları altında "ictimailəşdirilməsindən”gedir.
Bundan sonra, Avropa Parlamenti, Almaniya, İtaliya parlament deputatlarının, siyasətçilərin guya maliyyələşdirilməsi kampaniyaları tirajlandı.
Pandora qalmaqalı gedişində, Lorent Riçarda Avropa Parlamenti "Dafna Qaliziya” mükafatı verildi.
Beləliklə, qlobal informasiya hücumunun 4 "P” (Panama, Paradise, Pegasus və Pandora) hərfindən sonuncu əməliyyatı bu günlərdə davam edir. Xədicənin qlobal şəbəkədə fəaliyyətinin deşifrə edilməsi[3], eləcə də, dünya erməniliyinin Qarabağdakı məğlubiyyətin revanşını informasiya cəbhəsinə daşıması və qlobal şəbəkənin rəhbərliyinə aşkar təmsilçiliyi kimi səbəblərdən Pandora sənədlərində Azərbaycandan OCCRP üzvü və Azərbaycan üzrə müəllif kimi Gürcüstanda yaşayan, OCCRP üzv təşkilatı - iFakt.ge İA-də çalışan, radioaparıcısı Aydan Yusif iştirak edib. Bu sadəcə görüntü və maliyyənin Gürcüstan üzərindən asanlıqla alınmasına xidmət edir. Reallıqda X.İsmayıl yenə də vəzifəsinin başındadır. Aydan Yusifin araşdırılması göstərir ki, o, Əfqan Muxtarlı ailəsinə və T.Yaqublulara yaxın əhatədəndir. (Ə.Muxtarlının arvadı L.Mustafayeva OCCRP əsas donorlarından olan Pyer Omidyar şəbəkəsinin "faktchek. Azərbaycan” qoluna rəhbərlik edir.)
120 ölkədən: Ukraynadan-36, Azərbaycandan-2 siyasətçi, Qazaxstandan-8, Rusiyadan-19, Türkmən-2, Gürcüstandan 60 şirkəti olan -1 siyasətçi, Ermənistandan-1 və s. olmasına, ABŞ-dan heç bir siyasətçinin(!?) olmamasına baxmayaraq, Azərbaycan adının mütləq tirajlanması OCCRP-nin məqsədlərindən olduğunu bir daha üzə çıxarır.

Ofşor "araşdırmaların”: siyasi, iqtisadi, hüquqi, geosiyasi aspektləri, nəticələri

Pandora və digər "P”-lər, "hibrid müharibə texnologiyasıdır. Elə isə, milyardlar xərclənən bu qalmaqalların nəticələri də milyardlarla ölçülə bilərmi? Bəzi aspektləri təhlil edək.

Siyasi nəticələr

Ofşor sənədlərinin ətrafında hay-küy, "lider” faktorunun zəif olduğu bir sıra ölkələrdə siyasi məqsədlərə nail olmaq, sabitliyi pozmaqla fərqli ölkələrdə əsasən seçkilər ərəfəsində fəallığı tətikləmək, "ofşor qarmağına" keçirdikləri siyasətçiləri üzüyola gətirmək, onların müstəqil qəbul etdiyi qərarlara təsir etmək və s. siyasi məqsədlərə bəzi hallarda nail oluna bilib.
Pandora sənədlərinın açıqlanma məqamı, qlobal olaraq, Əfqanıstandan rüsvayçı gedişlə bağlı Bayden komandasının siyasi nüfuz itkilərinin əvəzlənməsinə xidmət edir. Dekabr ayında (9 dekabr-demokratiya günü) qlobal demokratiya sammitiin keçirilməsi nəzərdə tutulur ki, burada guya Pandora əsaslı sanksiya çağırışları ilə müstəqil iqtidarlara təzyiq mesajlarının səslənməsi nəzərdə tutulurdu.
İndiyə qədər hələlik İslandiyadan başqa hakimiyyətin devrilməsinə nail olunmayıb. İslandiyada hakimiyyətə OCCRP həm direktoru, Xədicənin yaxın dostu "Pirat/anarxist partiya sədri”, qalmaqalların müəlliflərindən biri Smari Makkarti gəlib (Haşiyə: Xüsusilə qeyd edilməlidir ki, araşdırmaçılıq dünyada anarxist ideologiyanın genişlənməsi və onu dəstəkləyən pirat/anarxist partiyaların şəbəkələşməsi ilə paralel surətdə gedib. İslandiya təcrübəsi Xədicə İ. tərəfindən geniş təbliğ edilib.
Panama sənədləri birbaşa deyil, dolayısı ilə Pakistanın Baş naziri Navaz Şərifin istefasına səbəb olsa da, başqa ölkələrdə hər hansı qalmaqallı istefalar baş tutmayıb.
Siyasi nəticələrə digər misal kimi, bir sıra ölkələrdə yüksək vəzifə tutan rəsmilərin istefa verməsi, seçki dövründə siyasi mübarizəyə təsir və s. baş verib (məs. Pandora sonrası Çexiya seçkilərində Babiçin uduzması buna bağlanır, ancaq anarxizmin çox güclü olduğu Çexiyada reallıq fərqlidir. Praqanın meri-anarxist partiya lideridir).
Beləliklə, OCCRP-in strateji məqsədi, fəaliyyət dairəsi və direktorlarından biri X.İsmayılova olsa da, Azərbaycanda hec bir nəticə əldə edilməyib.
Dosyelərə xərclənən milyardlar fonunda siyasi sahədə nəticələrin çox az olmasına görə bu dəfə qlobal şəbəkəni yaradan və yönəldən ölkə- ABŞ-da böyük hazırlıq görülüb. Konqres tarixində ilk dəfə Pandora aktı Konqresə çıxarılıb. "Pandoranı dəstəkləyənlər Aktı” ("Pandora Enablers” Act) qətnaməsi qəbul edilib. Həmçinin, Avropa Parlamentində dinləmə və qətnamə qəbul edilib.

CİA-MKİ işbirliyi, maliyyə kəşfiyyatı siyasi effekti kəskin azaldır.

Ofşor sənədlərinin jurnalistika deyil, tamamilə siyasi və hərbi məqsədlərə xidmət etməsi aşkar üzə çıxır. Məlumdur ki, ABŞ-da və Qərb ölkələrində maliyyə xəbərçisi (whisleblover) institutu var. Onlar maliyyə pozuntuları ilə bağlı xəbərçiliyə görə milyonlarla dollarla mükafatlandırılır.
Məs. Amerika vətəndaşı olan Birkenfeld İsveçrədə ən nəhəng - UBS-də bankda işləyirdi. Panama sənədlərindəki şirkətlərlə bağlı bir sıra vergidən yayınan İsveçrə banklarını ABŞ hökumətinə "təhvil verib”. Buna görə ABŞ Vergi Xidməti tərəfindən 104 milyon dollar mükafat alıb. Birkenfeld deyir ki,
"Pandora və s. sənədlərin arxasında əminəm ki, CIA dayanır."
Bunlar- ABŞ-la münasibətləri gərgin olan ölkələrə təsir etmək üçündür. Guya ABŞ-a zərər verməyən məlumatları ictimailəşdirmək düzgün deyil. Bunun axırı çox pis ola bilər”[4] .
Deyilənlər baxımından, ofşor sənədlərinin vacibliyini əsaslandırmağa dəlillər inandırıcı görünmür.

İqtisadi nəticələr: Dosyelərin iqtisadi nəticələri ən çox ABŞ daxili iqtisadi sistemə hesablanıb.

Baydenin komandası qlobal ofşor sxemlərini yeni konfiqurasiyasını qurmağa cəhd etməklə, kapitala daha çox nəzarət etmək istəyir.
Təhlilçilərə görə, ölkənin xarici borcu kifayət qədər böyükdür. Yerli və xarici zənginlərin maliyyələrini hara qoyduqlarını bilməklə, xarici ölkələrə təzyiq etmək, daxildə isə, kapitala nəzarət etmək, milyarderlərə diktə etməyi asanlaşdırmaq məqsədlər sırasındadır.
Məlumdur ki, ofşor zonalar arasında kəskin rəqabət gedir. Dosyelərin əsas mesajı bundan ibarətdir ki, əgər növbəti "sızıntıya" məruz qalmaq istəmirsizsə, pulunuzu ABŞ ofşorlarında saxlamalısız.
Pandora sənədləri göstərib ki, dosye strategiyasının iqtisadi nəticələri var. ABŞ-ın Şimali Dakota ştatı, 1930-cu ildən dünyanın "maliyyə və ofşor cənnəti” olan İsveçrəni artıq üstələmək üzrədir. Son 10 ildə burada ofşorlardan gəlirlər 360 mrd. dollar təşkil edib (South Dakota has become one of the world's foremost tax havens-right up with the Cayman Islands and ahead of old-fashioned Switzerland).

Hüquqi aspektlər

Məlumat sızıntısı yolu ilə tirajlanan dosyelərin hibrid müharibənin daha bir yeni aspektini üzə çıxarıb.
Bu "hüquq-məhkəmə müharibələri"-analitiklərin "legal wars adlandırdığı sahədir. Mahiyyəti mənbəsiz sübutsuz böhtan xarakterli informasiya tirajlanmasına görə məhkəmələrə müraciət edən insanları "məhkəmə-hüquq” meydanına çəkməklə məğlubiyyətə uğratmaq, nüfuz itkisinə nail olmaqdır.
(Azərbaycan artıq "Laundramat-C.Feyziyev işi” və "diktator termini” əsaslı 2 məhkəmədə uduzması bunun bariz sübutudur.)
Məhkəmə hüquq çəkişmələrində dünya erməni şəbəkəsinin rəhbər ismi, Avropada ən böyük vəkillik xidmətlərinin sahibi: livan ermənisi, hollivud ulduzu Corc Kluninin arvadı- Amal Kluni: X.İsmayılın və indi Nobel alan Mariya Resanın vəkilidir.

İndiyədək qlobal şəbəkəni məhkəməyə verən və udan presedent olubmu?

Qlobal şəbəkəni sübutları təqdim edə bilməyəcəyi üçün məhkəmə təhdidləri çox narahat edir. Panama sənədlərində məlumatların sındırılması nəticəsində əldə edilməsi, müştərilərin fərdi məlumatlarının sızdırılması və çoxmilyonlu APPLBY ofşor şirkətinin hiddətinə səbəb olub. Şirkət BBC və Guardian qəzetini işgüzar nüfuz itkisi və qanunsuz məlumat əldə edilməsinə görə beynəlxalq məhkəməyə verib.
Sitat: "Müştərilərimizin məlumatları nə dərəcədə və hansı miqdarda oğurlanıb?” sualına cavab tələb edilib.
Məhkəmə nəticəsində BBC və Guardian uduzub, qəzetlərin xahişi ilə barışıq əldə edilib.
Bir neçə məhkəmə işindən sonra məlum oldu ki, sındırılmış məlumatlar sadəcə köhnəlibmiş. Bu sənədlər,” "yuridik deyil, fidusiar (sənədləşdirmə üçün istifadə edilən) mahiyyətlidir.
Beləliklə də, məlum olur ki, sındırılan sənədlər hüquqi əhəmiyyətini itirmiş, köhnəlmiş, ya da saxta məlumatlardır.
Təsadüfi deyil ki, Pandora sənədlərində söhbət həmin 2013-cü ildən, hüquqi dəyəri olmayan sənədlərdən gedir.

Bu məhkəmə sənədlərinə əsaslanmaqla, Pandora sənədlərində dövlətimizin adının hallanmasının ya ümumilikdə olmayan, ya da artıq köhnələn fidusiar hüquqi sənəd arxivini nəzərdə tutulduğunu demək olar.
Beləliklə, aşkar mənbə göstərilməməsi və sübutsuzluq, ofşor dosyelərinin əsas göstəricisidir. "”Etibarı sındırmaq, oğurlamaq və xəyanət etmək borcu. Mətbuat Azadlığı və "Panama Sənədləri” adlı tədqiqatda mənbəsiz və saxta sənədlərin informasiya hücumu üçün sui-istifadə edilməsi əsaslı ifşa edilib. Xüsusi vurğulanıb ki, cəmiyyətdə şəffalıq və dürüstlük tələb edən insanlar 1-ci növbədə onu pozursa, bu təhlükəli meyildir.(The Duty to Hack, Steal and Betray Confidences? Press Freedom and the ‘Paradise Papers’ affair – P.Wragg. 2018.p 66)[5]

Media və Ofşorlar

Qlobal şəbəkə qalmaqalları tirajlayan tərəfdaş media platformaları özəlliklə və xüsusi həssaslıqla seçib. Bu özü də birmənalı anlaşılmır. Şəbəkə üzvü Vaşinqton Postun sahibi Jeff Bezosun belə ofşorlarda adının çıxmaması sadəcə təbəssümlə qarşılanır. Dünyanın tanınmış analitikləri-Fərid Zəkəriyyə - "Amerika Çirkli Pullar Ştatı” (The United States of Dirty Money) və; Casey Michel ("American Kleptocracy: How the U.S. Created the World's Greatest Money Laundering Scheme in History”), "Birləşmiş Anonim Ştatları”("United States of Anonymity”) və s. kimi ittihamedici təhlillərin ortaya çıxmasına səbəb olub.
Ümumi məntiqə əsasən, "sübutlar və mənbələrin olmaması, sübutsuzluq kimi” qəbul edilir. Bundan fərqli olaraq, OCCRP-lə əlbir olan Azərbaycan müxalifət mediası saxta xəbərləri tirajlamaqda öndə gedir.

Təhlilçilər qərəzsiz və ayıq-sayıq media mənası verən "watchdog media”-gözətçi, keşikçi it” termininin devalvasiyaya uğramasını qeyd edib. Dosyelərdə fəallıq edən BBC, Guardian (ingiliscə-"guard dog”, gözətçi it deməkdir) qəzeti barədə "hürməyən gözətçi itlər” ifadəsinin daha düzgün olması vurğulanıb (The Watchdog That Didn’t Bark: The Financial Crisis and the Disappearance of Investigative Journalism (Columbia Journalism Review Books) Paperback – Illustrated, May 5, 2015).
Ölkəmizin adı ilə hallanan milyonların məbləğinin fantastik və qeyri-ciddi şəkildə kimin necə istəsə, o cür səslənməsi bu saxtakarlığın göstəricisidir. Pandora sənədlərində bütün çərçivələrin aşılaraq, məs. eyni qəzetin rusdilli variantında 700 milyon, ingilisdilli variantında isə 300 milyon yazılıb. Əsasən OCCRP və ona bağlı saytlarda tirajlanan rəqəmin saytdan sayta və s. dəyişməsi qeyri-ciddiliyi ilə təəccüb doğurdu.

NÜMUNƏ: "OCCRP -nin araşdırmasına görə, Britaniyanın Virgin Adalarında qeydiyyatdan keçmiş 84 "əvvəllər bilinməyən ofşor şirkətlər" Əliyevə, qohumlarına və ya yaxın adamlarına əvvəllər aid ola və ya hələ də aid ola bilər. Şirkət vasitəsilə onlar Böyük Britaniyanın paytaxtında mənzillər, ticarət də daxil olmaqla daşınmaz əmlaka sahib olublar. "Əksər hallarda" sızıntıda pulların ofşora necə girdiyi haqqında məlumat olmasa da, OCCRP hələ də London mülkləri və Rus laundramatı arasında l20 milyard dollar məbləğində çirkli pulların yuyulması ilə bir neçə əlaqə tapa bilib[6] (Bu aspektdə araşdırmaçı şəbəkənin məlumatlarını tirajlayan yerli və xarici media işbirliyi-dövlətə xəyanət şəbəkəsi ayrıca geniş mövzudur).
Pandora sənədlərinin saxta xəbər xarakteri daha bir şəxs-"sızdırma banilərindən”olan Edvard Snoudenin rişxəndinə tuş gəlib. Sitat:"Bu hekayələrdə gülməli olan-ofşorların heç nəyə baxmayaraq yenə də öz işinə davam etməsidir.”(Twitter)
"Azadlıq radiosu” ölkəmizdə pozucu fəaliyyətinə görə qapandıqdan sonra onu əvəzləyən, ABŞ dövləti və USAİD və s. tərəfindən maliyyələşən "Current Time” media şəbəkəsi yaradılıb. ABŞ-da xarici mənbəli informasiya təbliğatı qanunla qadağan edildiyi (!?) üçün çoxdilli kanal Qətər dövlətinə satılıb (ya alınıb) orada mənzillənib (https://www.currenttime.tv/about).


Sosial Tədqiqatlar Mərkəzi Daxili Siyasət Departamenti

ƏLAVƏ: Qlobal şəbəkədə çoxsaylı güclərin geosiyasi maraqlarının toqquşması da gerçək reallıqdır. Qərb nəhəng İT şirkətlərini,Sosial şəbəkələri(FB,Tvitter,İnstagram və s.) tamamilə özünə tabe etmək,eləcə də başqa dövlətlərin informasiya suverenliyi siyasətinə xidmət etdirmək üçün vaxtaşırı araşdırmaçı və insan hüquqları şəbəkəsindən istifadə edir. Məs. OCCRP həmdirektorlarından biri, ölkəmizi xüsusi hədəfə almaqla tanınan, Laundranmat müəllifi Paul Radu "Facebook-u dünyanın ən nəhəng avtokratiyası” adlandırır. Yaxud, ötən ilin oktyabrında açıqlanan "Facebook sənədləri” də sözü gedən İT şirkətləri və sosial şəbəkə nəhənglərinə qarşı eyni mərkəzdən hazırlanan layihələrdəndir.
Paul Radu RetweetedTactical Tech@Info_Activism
The Largest Autocracy on Earth Facebook is acting like a hostile foreign power; it’s time we treated it that way.

Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri

ABŞ və İsveçrənin ofşor rəqabəti; ABŞ ən çox ofşor olan ştatları:


Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri
Qanuni maliyyə xəbərçisi (financial whisleblover),vergi yayınma xəbərçiliyinə görə 104 milyon mükafat alan Bernford ofşor sənədlərin arxasında MKİ dirmasını əsaslandırır:



Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri
Çarlz Lyuisin ölkədaxili problemlələ bağlı araşdırmaları:

11 sentyabr hadisələrindən sonra C.Buş və komandasının İraqa hücumunu əsaslandırmaq üçün ən azı 935 yalan bəyanat verməsini faktla sübut edən "935 yalan: həqiqətin gələcəyi və Amerikanın mənəvi dürüstlüyünün çökməsi” (935 Lies: The Future of Truth and the Decline of America’s Moral Integrity) araşdırmas; 2003-cü ildə İraqa hücum zamanı tarixdə ilk dəfə ABŞ hərbi sənaye kompleksinin məxfi kontraktlarını, "Patriot II” qanununu müharibə gedişində ictimailəşdirib. C.Lyuisin digər araşdırmalarının sadəcə adına baxmaq kifayətdir: "Prezidentin satın alınması” (The Buying of the President 1996); "Konqresin satın alınması” (The Buying of the Congress 1998); "Qətl: müharibə biznesi”
("Killing: The Business of War”) və s.

Qlobal araşdırmaçı jurnalist şəbəkəsi- Yaradılmasının məqsədləri





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi