azia.az
azia.az

Santa Klaus "qan ağlayır": Avropa hinduşkasız qaldı

30-11-2022, 14:52


Böyük Britaniyada Milad süfrəsi üçün nəzərdə tutulan hinduşkaların təxminən yarısı quş qripi epidemiyası səbəbindən tələf olub.

Azia.az  xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, 1,2 milyon hinduşkadan 600 mini xəstəlikdən ölüb.

“Milad bayramına qədər hinduşkaların tədarükünü təmin etmək üçün satıcılar Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Departamentindən quşları həmişəkindən bir qədər tez kəsmək üçün icazə alıblar”, – Krallığın pərakəndə satış konsorsiumunun nümayəndəsi Endryu Opi deyib.

Qeyd olunub ki, Milad bayramına qədər görülən tədbirlər sayəsində ölkədə hinduşka qıtlığı olmayacaq. Son çarə olaraq dondurulmuş quş ətləri başqa ölkələrdən gətiriləcək.

Britaniya mətbuatının məlumatına görə, quş qripinin yayılması fermerləri xəstə hinduşkaları məhv etməyə məcbur edir.

Qeyd edək ki, ümumilikdə Britaniya fermerlər ildə 9 milyon hinduşka yetişdirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi